12px13px15px17px
Tarix:07/02/19

“Gmail” poçt xidməti spam mesajların 99,9%-ni bloklamağa başlayıb

“Google” şirkəti “TensorFlow” (kompüter təlimi üçün açıq proqram kitabxanası) sisteminin köməyi ilə “Gmail” elektron poçt sistemində spam mesajların aşkar edilməsi imkanlarını gücləndirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ixbt.com” saytına istinadən yazır ki, “TensorFlow” sistemi neyron şəbəkələrinin yaradılması və təlimi üçün istifadə olunur.
 
Hələ 2017-ci ilin əvvəlində “Google” şirkəti “Gmail” xidmətində arzuedilməz və zərərli poçt göndərişlərini 99,9% dəqiqliklə aşkar etməyə imkan verən yeni mübarizə alətləri tətbiq etmişdi.
 
Axtarış nəhənginin mətbuat xidmətinin məlumatına görə, “Gmail” xidmətində hər gün 100 milyon əlavə spam mesaj aşkar etmək üçün bu inteqrasiyadan istifadə edilir.
 
Bununla belə “Google” vacib elektron məktubları spam kimi qəbul etməmək üçün bütün ehtiyat tədbirləri görür.
 
Emil Hüseynov





Baxış sayı: 515

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024