12px13px15px17px
Tarix:08/05/19

Dünyanın ən sürətli smartfonları məlum olub

Mobil qurğuların reytinqinin tərtibi ilə məşğul olan məşhur “AnTuTu” şirkəti “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonların aprel reytinqini dərc edib. Söhbət beynəlxalq bazar üçün versiyadan kəskin fərqlənən Çin bazarında satışa çıxarılan smartfonlardan gedir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, apreldə ən sürətli “Xiaomi Mi 9 Transparent Edition” (həmçinin Explorer Edition kimi tanınır) smartfonu olub. O, 373 715, adi “Xiaomi Mi 9” modeli isə 373 511 bal toplayıb. Üçüncü pillədə 371 837 balla “Xiaomi Black Shark 2” oyun smartfonu qərarlaşıb.

 

Sonrakı mövqelərdə “Meizu 16s”, “Samsung Galaxy S10 ” və “Galaxy S10”, “Vivo iQOO”, “Nubia Red Devil Mars” və “Honor V20” modelləri yer alıb. Növbəti ayda “Lenovo Z6 Pro”, “Oppo Reno”, “ZTE Axon 10 Pro” və “Nubia Red Devil 3” smartfonlarının buraxılışı ilə əhəmiyyətli dəyişikliklər gözlənilir.

 

On reytinq iştirakçısının doqquzu 10 nanometrlik texnoloji proses üzrə hazırlanan prosessorlarla işləyir. İstisnanı yalnız ötənilki “Snapdragon 845” prosessoruna əsaslanan “Nubia Red Magic Mars” modeli təşkil edir.

 

Nizam Nuriyev





Baxış sayı: 615

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024