12px13px15px17px
Tarix:19/05/16

İnternetin inkişafı nəticəsində 500 milyon insan yoxsulluqdan xilas olacaq

“Strategy Analytics” şirkətinin hesabatına əsasən, internet 500 milyon insanın yoxsulluqdan xilas olmasına imkan yaradacaq. Onlar dünya iqtisadiyyatına 6.7 trilyon dollar məbləğində gəlir qazandıracaq.

“ICTnews” Elektron Xəbər Xidməti “mail.ru” saytına istinadən xəbər verir ki, analitiklərin iddiasına əsasən, indi internet istifadəçilərinin artım tempi zəifləyib. Bu səbəbdən planet əhalisinin 4.1 milyardı müasir iqtisadiyyatdan istifadə imkanına malik deyil.

Hesabata əsasən, internetə çıxış dəyəri 70% azaldığı halda planet əhalisinin 80%-i bu xidmətdən istifadə imkanına malik olacaq. İnkişaf etməkdə olan ölkələrdə “2G” şəbəkəsini “3G” və ya “4G/LTE” ilə əvəz etməklə 1 MB trafikin dəyərini 60-70% azaltmaq olar və bu, operatorlar üçün faydalıdır. Belə ki, onlar 2 milyard istifadəçidən əlavə 400 milyard dollar məbləğ qazana bilərlər.

Məzmun tədarükçüləri əlavə 200 milyard dollar qazanacaq. Yerli yüksəksürətli şəbəkələrdə informasiyanın yayılması nəticəsində daha 300 milyon insan internetə qoşulacaq. Təxminən 200 milyon insan hökumətin köməyi hesabına internetə qoşulmaqla bağlı qərar qəbul edəcək, firma və ya abunəçilər isə 500 milyon istifadəçinin internetə çıxışını maliyyələşdirəcək.

İnternetin inkişafı nəticəsində əhalinin yoxsul təbəqəsi internetdə satmaq imkanı əldə edəcək. Nəticədə internet ticarət seqmenti aktiv inkişaf etməyə başlayacaq, rəqabət yüksələcək, qiymətlər aşağı düşəcək.

Emil Hüseynov




Baxış sayı: 1174

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024