12px13px15px17px
Tarix:23/08/16

Dünyada ən sürətli mobil internetə malik ölkə hansıdır?

Britaniyanın “OpenSignal” şirkəti dünya üzrə mobil rabitənin vəziyyətini təhlil edərək ən sürətli mobil internetə malik ölkələrin reytinqini tərtib edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, təşkilatın təhlilinə əsasən, Cənubi Koreya “3G” və “4G” şəbəkələrində mobil internetin ümumi sürətinə görə liderdir. Sinqapur, Macarıstan, Avstraliya və Danimarka isə müvafiq olaraq sonrakı yerləri tutur. İlk onluğaNorveç, Niderland, Litva, Yaponiya və İsveç daxil edilib.
 
Kosta-Rika və Əfqanıstan isə reytinq cədvəlində sonuncu yerləri bölüşür.
 
Qeyd edək ki, mobil rabitənin vəziyyəti üzrə təhlil cari ilin 1 may tarixindən 23 iyul 2016-cı il tarixinədək olan dövrü əhatə edir.
 
Emil Hüseynov




Baxış sayı: 1162

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024