12px13px15px17px
Tarix:26/08/16

Maliyyə texnologiyaları sektorunda investisiyaların həcminə görə liderlik edən ölkənin adı açıqlanıb

Asiya-Sakit okean regionunda maliyyə texnologiyaları sektoruna yatırılan investisiyaların həcmi sürətlə artır.

“ICTnews” Elektron Xəbər Xidməti “Payspacemagazine” resursuna istinadən yazır ki, “Accenture” şirkətinin hesabatına görə, ilin birinci yarısında investisiyaların həcmi 9,6 milyard dollara çatıb ki, bu da 2015-ci ildə qoyulan investisiyaların həcmindən (4,26 milyard dollar) təxminən 2 dəfə çoxdur.

Müqayisə üçün qeyd edək ki, iyulun 31-nə olan vəziyyətə görə, Şimali Amerikanın maliyyə texnologiyaları sektorunun maliyyələşməsinin həcmi 4,58 milyard dollar, Avropanın isə 1,58 milyard dollar təşkil edib.

Bununla belə, Asiya-Sakit okeanı regionundakı investisiya artımına səbəb olan Çinin maliyyə texnologiyaları şirkətləri ilə bağlanan iri sövdələşmələr sayəsində Şimali Amerika və Avropada sövdələşmələrin sayı çox olub.2016-cı ildə Asiya-Sakit okean regionunda maliyyə texnologiyaları sektorunda 192, Şimali Amerikada 509, Avropada 230 sövdələşmə qeydə alınıb.

Sektorda xərclərin artımı əsasən Çin və Honq-Konqun böyük şirkətləri sayəsində baş verir. Onların Asiya-Sakit okean regionunun maliyyə texnologiyaları sektorunda payı təqribən 90 faizə bərabərdir.
“Accenture” şirkətinin idarəedici direktoru Bit Monnerat bildirib ki, regionda maliyyə-texnoloji tendensiyalar yeni startaplarla yox, bazarda möhkəm mövqeyə malik Çin şirkətləri tərəfindən müəyyən edilir.

Asiya-Sakit okean regionunda maliyyə texnologiyaları sektoruna sərmayələrin həcminə görə lider 4,5 milyard dollar cəlb edən  “Ant Financial Group” şirkətidir. Həmçinin “Ping An-backed Lufax” və “JD.com” şirkətləri müvafiq olaraq 1,2 və 1 milyard dollar investisiya qoyublar.

Nizam Nuriyev




Baxış sayı: 712

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024