12px13px15px17px
Tarix:06/11/16

6 noyabr - Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür

6 noyabr - Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür. 90 il əvvəl məhz tarixin bu günü  Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə «Danışır Bakı!» ifadəsi ətrafa yayılıb. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilmə imkanı yaradılmışdı. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. Bu il isə bu təqvim daha bir yeniliklə - Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında rəqəmli televiziya  yayımına keçidlə əlamətdardır. Məlum olduğu kimi, cari ilin noyabr ayının 1-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında analoq yayım dayandırılıb və tam olaraq rəqəmli televiziya  yayımına keçilib. Dekabr ayının 1-dən isə Naxçıvan Muxtar Respublikası istisna olmaqla respublikanın digər əraziləri də rəqəmli yayıma keçəcək. Məlumat üçün bildirək ki,  Naxçıvanda tam olaraq rəqəmli teleradio yayımına 2014-cü ilin dekabr ayından etibarən start verilib.
 
Radio-televiziya yayımları sahəsində yeni rəqəmli texnologiyaların tətbiqi analoq standartının daha müasir rəqəmli standartla əvəz edilməsi zərurətini meydana çıxarıb. Digər ölkələrdə olduğu kimi, respublikamızın ərazisində də rəqəmli televiziya yayımının tətbiqi istiqamətində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hazırda müvafiq tədbirlər görülməkdədir.
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il tarixli qərarına əsasən, respublika ərazisində rəqəmli televiziya yayımı üçün DVB-T Avropa standartının tətbiqi məqsədəuyğun hesab edilib və Nazirlər Kabinetinin 2011-ci ildə növbəti qərarı ilə "Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayımı sisteminin tətbiqi və inkişafı Proqramı" təsdiq olunub. Təbii ki, yeni yayım sisteminə keçid üzrə ən əsas qərar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı" oldu.

Qeyd edək ki, rəqəmli yayıma keçidin əsas üstünlüyü televiziya proqramlarının yüksək keyfiyyətlə qəbul edilməsi, strateji əhəmiyyət kəsb edən tezlik resurslarından səmərəli istifadə edilməsi və yerüstü efir vasitəsilə çoxsaylı televiziya proqramlarının qəbuluna imkan yaratmasıdır.
 
Azərbaycanda rəqəmli televiziya yayımına keçidlə əlaqədar ilk dəfə 2004-cü ildə Bakı Teleqüllə Kompleksinin test işlərinə başlanılıb. Respublikada rəqəmli TV yayımı üçün DVB-T MPEG-4 standartı qəbul olunub. Respublikanın bütün şəhər və rayon mərkəzləri və ətraf yaşayış məntəqələri açıq paketli rəqəmli televiziya yayımı ilə təmin edilib.
 
Şübhəsiz ki, Azərbaycanda televiziya və radioyayımı üzrə yeni standartların tətbiqi üçün davamlı olaraq, kompleks tədbirlər həyata keçirilib.
 
İlk olaraq, 1953-cü ildə Bakı Televiziya Mərkəzinin tikintisinə başlanıb. 3 il sonra isə Bakıda televiziya yayımı üçün polad bloklardan yığılmış ilk 180 metrlik qüllə qurulub. 1956-cı il fevralın 14-də Azərbaycan Televiziyası fəaliyyətə başlayıb.1973-cü ildən başlayaraq paytaxtda televiziya verilişləri rəngli təsvirlərlə yayımlanıb. Respublikada yayımlanan verilişlərin sayını artırmaq üçün yeni Teleqüllənin tikintisinə isə 1981-ci ildə start verilib. 1996-cı ildə Teleqüllə istismara verilib. 2008-ci ildə isə Teleqüllə kompleksində əsaslı yenidənqurma işləri həyata keçirilməyə başlanıb. 
 
Görülən tədbirlər nəticəsində kompleks ən qabaqcıl rabitə avadanlığı ilə təchiz olunub. Ümumi hündürlüyü 310 metr, çəkisi 40 min ton olan Teleqüllə dəniz səviyyəsindən 136 metr hündürlükdə yerləşir. Kompleksin beton hissəsi 200 metr, metal hissəsi isə 110 metrdir. Qüllənin üzərində milli ornamentli 4 şəbəkə yerləşir ki, bunların hər biri bir qütbə istiqamətlənib.
 
Hazırda ölkə ərazisində radio proqramları orta dalğa (AM radio 526,5-1606,5kHs) və UQD dalğa diapazonundakı tezliklərdə (FM radio 88 MHs-108 MHs), televiziya proqramları isə PAL, D/K standartında və III, IV və V televiziya diapazonlarında yayımlanır. Qeyd edək ki, rəqəmli televiziya yayım şəbəkəsi DVB-T standartı üzrə qurulub.
 
Orta dalğalarda "Azərbaycan" radiosu və müxtəlif dillərdə yayımlanan "Xaricə yayım" radio proqramları yayımlanır. Orta dalğa radio yayımlarının texnoloji xüsusiyyətlərindən asılı olaraq, bu dalğalarda yayımlanan proqramlar nəinki ölkə daxilində, hətta xarici ölkələrdə də qəbul oluna bilir.
 
Ümumrespublika radio və televiziya proqramları yerüstü yayımla yanaşı, peyklərdən də (məsələn, "Azerspace" peyki) yayımlanır. 





Baxış sayı: 2022

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 İyul 2017

26/07/17
Paytaxtda rabitə infrastrukturu olmayan ərazilər telefonlaşdırılır

Bakı Telefon Rabitəsi MMC (“Baktelecom”) rabitə infrastrukturu olmayan ərazilərdə kabelləşdirmə işlərini davam etdirir.

26/07/17
Fırıldaqçı virus proqramlarının qurbanları nə qədər pul ödəyib?

“Google” şirkəti “Chainalysis”, San Dieqo Kaliforniya Universiteti (UCSD) və Nyu-York Universitetinin 

26/07/17
Yeni sistem kinoteatrda tamaşaçıların üz ifadələrini izləyəcək

“Caltech” və “Disney Research” şirkətləri tamaşaçıların bu və ya digər filmlərə reaksiyalarının təhlili 

26/07/17
“Ağıllı” üzük barmağı telefona çevirəcək (VİDEO)

“Kickstarter” saytında istifadəçinin barmağını qarnitura çevirəcək “ağıllı” üzük üçün

26/07/17
Sürücüsüz avtomobillər üçün ilk dayanacaq istifadəyə verilib (VİDEO)

Almaniyanın “Bosch” və “Daimler” Şirkətlər Qrupu sürücüsüz avtomobillər üçün dünyada

26/07/17
Yeni texnologiya məlumatların “SSD” disklərində saxlanma müddətini dəfələrlə artıracaq

Bərk cisimli “SSD” toplayıcıları geniş yayılmaqda davam edərək vaxtilə populyar olan “HDD” sərt disklərini 

26/07/17
“Moto Z2 Force” smartfonu rəsmən təqdim edilib

“Motorola” brendinin sahibi “Lenovo” şirkəti yeni qabaqcıl “Moto Z2 Force” smartfonunu rəsmən təqdim 

26/07/17
“Adobe Flash” platformasının dəstəklənməsi nə vaxt dayandırılacaq?

Son bir neçə il ərzində “Adobe Flash” multimedia platformasının dəstəklənməsinin dayandırılacağı barədə 

26/07/17
Böyük akkumulyator tutumlu smartfon nümayiş olunub

“Oukitel” şirkəti 10 min milliamper/saat tutumlu akkumulyatorla təchiz edilən yeni mühafizəli smartfon 

25 07 2017

25/07/17
“Android” sistemli ilk “Nokia” smartfonunun təqdimat tarixi məlum olub

“HMD” şirkəti avqustda “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək yeni qabaqcıl “Nokia” 

25/07/17
Qabaqcıl “Samsung” smartfonları qoşa kamera ilə təchiz ediləcək

“Samsung Electronics” şirkəti qoşa kamera ilə təchiz edilən qabaqcıl smartfon modellərinin buraxılışına 

25/07/17
Kiçik və orta biznes seqmentində İT xərcləri 680 milyard dollara çatacaq

“International Data Corporation” (IDC)  şirkəti yaxın illər üçün kiçik və orta biznes seqmentində informasiya

25/07/17
Yeni hücum tipi yayılıb

Cinayətkarlar “IoT” botnetlərindən (“Əşyalar interneti” sahəsi üzrə qurğuların daxil olduğu xüsusi 

25/07/17
“Paint” redaktorundan istifadə davam edəcək

“Microsoft” korporasiyası “Windows” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu istifadəçilərinin 

25/07/17
Günəş enerjisi ilə işləyən elektromobil 800 km məsafə qət edəcək

Niderlandın “Lightyear” şirkəti elektrik enerjisi ilə işləyən və günəş enerjisini hərəkət zamanı toplayan “One 

25/07/17
Yeni bilərzik sükan arxasında yuxulamanın qarşısını alacaq

Hər il yollarda sürücülərin sükan arxasında yorulması səbəbindən 300 mindən çox qəza baş verir. 

25/07/17
“Wi-Fi” insan emosiyalarını müəyyənləşdirməyə kömək edəcək

Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri “Wi-Fi” şəbəkəsi və süni intellekt vasitəsilə insanın 

25/07/17
Yeni “Firefox” versiyası eyni anda 1500-dən çox tab-vərəqə açır

İnternet brauzer tərtibatçıları daim məhsulların optimallaşdırılmasını təkmilləşdirərək saytların operativ