12px13px15px17px
Tarix:14/11/16

Digər ölkələrdən fərqli olaraq Azərbaycana məxsus “elektron imza”lar imzalanma tarixini daha dəqiq göstərir

Belçikanın paytaxtı Brüssel şəhərində  "Eap.Trust" və Təhlükəsiz Şəbəkələri üzrə ("1st Workshop of the EaP.Trust and Secure Network") ilk seminar keçirilib. Seminarda Avropanın Şərq tərəfdaşı olan Azərbaycan  da daxil olmaqla 6 ölkənin və Avropa İttifaqından Estoniya, Litva, Finlandiya, Lüksemburqun nümayəndələri iştirak edib. Seminarın keçirilməsində məqsəd Şərq tərəfdaşı olan ölkələrin kibertəhlükəsizlik mexanizmlərinə, habelə, həmin ölkələrin milli kibertəhlükəsizlik strategiyalarının inkişafına dəstək verməkdir.
 
Seminar iştirakçıları elektron identifikasiya və autentifikasiya xidmətləri (e-İDAS) və kibertəhlükəsizlik sahəsində məruzələrlə çıxış ediblər.
 
Seminarın ilk günü elektron identifikasiya və rəqəmsal imza mövzularına aid məruzələrə həsr olunub. Məlumat Hesablama Mərkəzi nəzdində Milli Sertifikat Xidmətləri Mərkəzinin müdiri Arif Mailov tədbirdə iştirak edib. O, Azərbaycanda 2011-ci ildən fəaliyyət göstərən Milli Sertifikat Xidmətləri Mərkəzi və 2013-cü ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən akkreditə edilən "Asan İmza" Mərkəzinin qısa müddət ərzində böyük nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb.
 
Tədbir çərçivəsində  Azərbaycanın "elektron imza" təcrübəsi yüksək qiymətləndirilib və digər ölkələrdəki elektron imzalardan fərqli olaraq imzalanma tarixinin daha dəqiq göstərilməsi xüsusi qeyd edilib. Qeyd edək ki, Sertifikat Xidmətləri Mərkəzində vaxt göstəricilərinin dəqiqliyini  təmin  etmək üçün müasir imzalanma sistemi  fəaliyyət göstərir.
 
Seminarın ikinci günü "Rəqəmli bazarların uyğunlaşdırılması" (HDM) panelində tədbirlər planı və Şərq tərəfdaşlığına aid dövlətlər arasında imzalanacaq memorandum layihələri müzakirə edilib.








Baxış sayı: 1446

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2017

30/05/17
18 nüvəli prosessor təqdim ediləcək

“Intel” şirkəti yaxın vaxtlarda 18 nüvəli “Intel Core i9-7980XE” prosessorunu

30/05/17
“Huawei” şirkəti azərbaycanlı tələbələr üçün İKT üzrə inkişaf proqramı elan edir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Huawei” şirkəti 

30/05/17
Dartıla bilən ekranın işi nümayiş etdirilib

Ötən həftə Los-Ancelesdə keçirilmiş “Society for Information Display 2017” illik sərgisində istehsalçılar 

30/05/17
“Siri” itmiş “iPhone” smartfonunu tapmağa kömək edəcək

Əksər istifadəçilər smartfonlarda fərdi məlumatların mühafizəsi üçün parol, qrafik açar, barmaq izi skaneri 

30/05/17
“HoloLens” platforması bort bələdçilərə sərnişinlərin emosiyalarını müəyyənləşdirməkdə kömək edəcək

“Microsoft” ötən ildən etibarən istehsalçılar üçün artırılmış reallıq qarniturunun tədarükünə başla

29 05 2017