12px13px15px17px
Tarix:28/11/16

“Baktelekom” “Bakutel-2016” sərgisində ən son yeniliklərini təqdim edəcək

29 noyabr - 2 dekabr tarixində Bakı Ekspo Mərkəzində (Baku Expo Center) keçiriləcək "Bakutel-2016" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları  Sərgi-Konfransında sərgi iştirakçıları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus pavilyonda "Baktelekom"un təqdim etdiyi yeniliklərlə tanış olmaq imkanı əldə edəcəklər. 

"Baktelekom"un GPON texnologiyası əsasında "Üç bizimlə" məhsulu adı altında abunəçilərə eyni infrastruktur üzərindən təklif etdiyi telefon rabitəsi, internet və rəqəmsal televiziya xidməti haqqında geniş məlumat alacaqlar. 
 
Həmçinin, sərgi ziyarətçilərinə fərdi və korporativ müştərilər üçün nəzərdə tutulan xidmətlər paketi, güzəştli tariflər haqqında dolğun informasiya təqdim olunacaq.
 
Sərgi çərçivəsində genişmiqyaslı sosial-iqtisadi yönümlü layihələrdən biri olan "İctimai Wi-Fi" layihəsi üzrə həyata keçirilən işlər, şəbəkənin əhatə dairəsi və pulsuz internetdən  istifadə şərtləri barədə məlumatlar da təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq tətbiq olunan ödənişsiz əsaslarla genişzolaqlı internet xidməti ictimai yerlərdə insanlara səmərəli istirahət üçün şərait yaradacaq.

Bundan başqa, sərgi iştirakçıları "Baktelekom"un təklif etdiyi sərfəli kampaniyalara qoşulmaq imkanı əldə edəcək. Sabit telefon xidməti istifadəçiləri ADSL İnternet xidmətinə qoşularaq ilk ay üçün ödəniş edərsə, 2 servisdən (Nömrə təyinetmə, Gələn zənglərin avtomatik cavablandırılması) birini seçib bir il ödənişsiz istifadə haqqı qazanacaq.

ADSL İnternet xidmətinə qoşularaq (1 mbps, 3 mbps, 5 mbps) ilk üç ay üçün ödəniş edən abunəçi isə bu müddət ərzində ikiqat sürətdən faydalanacaq.












Baxış sayı: 1673

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Sentyabr 2017

23 09 2017

23/09/17
2020-ci ildə Yer kürəsi sakininin hər birinə 4 internetə qoşulan qurğu düşəcək

Alimlər 2020-ci ildə internetə qoşulan qurğuların sayının hazırkı 8,5 milyarddan 24 milyardadək artacağını 

23/09/17
Robot stomatoloq ilk əməliyyatını edib

Çin mütəxəssislərinin hazırladığı robot diş həkimi fəaliyyətə başlayaraq ilk əməliyyatını keçirib. 

23/09/17
“Xiaomi Mi 7” smartfonu simsiz enerjidoldurmanı dəstəkləyəcək

“Xiaomi” smartfonlarının indiyədək simsiz enerjidoldurma funksiyasını dəstəkləməməsinə baxmayaraq 

23/09/17
“Google Play” servisi əlavələr üçün böyük platformaya çevrilib

“Google Play” mağazası əlavələrin yayılması üçün dünyada böyük platformaya çevrilib. Bu barədə

23/09/17
Barmaq izinin tanınması sistemlərində boşluqları aşkarlayacaq süni barmaq yaradılıb

Miçiqan Universitetinin alimləri barmaq izinin skan edilməsi texnologiyasının aldadılması üçün süni barmaq