12px13px15px17px
Tarix:28/11/16

“Aztelekom” “Bakutel-2016” sərgisində güzəştli kampaniyalar keçirəcək

Azərbaycan Respublikasının ilk milli rabitə operatoru olan "Aztelekom" MMC "Bakutel-2016" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransına yeni xidmət və kampaniyaları ilə qatılacaq.
 
 
Fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə rabitə, internet, multimedia və digər telekommunikasiya xidmətləri göstərən "Aztelekom" MMC sərgi iştirakçıları arasında müxtəlif güzəştli kampaniyalar keçirəcək.
 
Belə ki, MMC-nin internet xidmətinə yeni qoşulan istifadəçi 1 aylıq xidmət haqqını əvvəlcədən ödəyərsə, telefon servislərindən birinin aylıq abunə haqqından 1 il müddətinə azad olacaq, 3 aylıq xidmət haqqını əvvəlcədən ödəyərsə, 2 qat artıq sürətli internet xidmətindən yararlanacaq.
 
CDMA telefonu əldə etmək istəyən hər bir müştəriyə isə 1 il müddətində abunə haqqından azad edilməsi ilə bağlı kuponlar veriləcək.
 
 
Qeyd edək ki, 22-ci "Bakutel-2016" Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransı 29 noyabr - 2 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.
 
Sərgi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi dəstəyi, "Iteca Caspian" və "Caspian Event Organisers" şirkətlərinin təşkilatçılığı ilə keçirilir.




Baxış sayı: 1846

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Mart 2017

27/03/17
“Microsoft” ilk qatlanan noutbuk üçün patent alıb

ABŞ-ın “Microsoft” korporasiyası dünyada ilk qatlanan noutbukun satışı üçün xüsusi patent hüququ əldə edib

27/03/17
Görünən rənglərin sayını artıran optik qurğu yaradılıb

Viskonsi Universitetinin tədqiqatçılar qrupu insan gözünün rəng qəbulu qabiliyyətini artıran optik qurğu təqdim ediblər. 

27/03/17
Yeni süni dəri tipi günəş enerjisi ilə işləyir

Qlazqo Universitetinin tədqiqatçıları insan dərisi ilə müqayisədə daha həssas yeni süni dəri tipi yaradıblar. 

26 03 2017