12px13px15px17px
Tarix:08/12/16

BTRİB internet xidmətinin yüksəldilməsi istiqamətində işləri davam etdirir

Son zamanlar Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) tabeliyində olan "Bakinternet" provayderinin xidmətində yaranan fasilələrlə bağlı abunəçilər tərəfindən müraciətlər olunur.
 
Abunəçilərin qarşılaşdığı internet sürəti və kəsintilərlə bağlı problemlərin aradan qaldırılması üçün BTRİB tərəfindən cari ilin əvvəlindən Bakı şəhəri üzrə kabel-kanal infrastrukturunda əsaslı təmir işləri aparılır. Abunəçilərin diqqətinə çatdırırıq ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi daxili imkanları hesabına kabel-kanalizasiya quyularında profilaktik təmir-bərpa işlərini davam etdirir.
 
Belə ki, istismar müddəti bitmiş və zavod istehsalatı dayandırılmış qurğuşun qoruyucu qatlı TQ tipli kabellər müxtəlif səbəblərdən yararsız vəziyyətə düşdüyündən onlar zədəyə davamlı xüsusi örtüklü, müasir standartlara cavab verən optik kabellərlə əvəz  edilir. Digər tərəfdən, dəyişkən hava şəraiti zamanı hava rabitə xətlərinin qırılması və sıradan çıxması halları baş verir ki, bu da rabitə xidmətlərinin təminatı zamanı fasilələrin yaranmasına və ya xidmətin dayanmasına səbəb olur. Bu məqsədlə hava rabitə xətlərinin dirəkləri yenilənir, optik kabellər küləyə davamlı troslu fiber-optik kabellərlə, dirəklərdən və paylayıcı şkaflardan abunəçiyə xidmət göstərən rabitə xətləri isə yeni simmetrik kabellərlə əvəz edilir.
 
Aparılan təmir işləri zamanı müvafiq ərazilərdə abunəçilərin internet təminatında fasilələr yaranır. BTRİB bununla bağlı abunəçilərin öncədən məlumatlandırılmasını təmin edir. Təmir-bərpa işləri müddətində rabitə xidmətlərinin müvəqqəti dayandırılması barədə abunəçilərə avtomatlaşdırılmış anons zəngləri edilir və müvafiq binaların girişlərində elan lövhələri yerləşdirilir.
 
Binəqədi, Hövsan, Sabunçu, Ramana, Keşlə, Balaxanı, Maştağa və Binə EATS-lərinin ərazilərində nasazlıqların aradan qaldırılması istiqamətində aparılan tədbirlərin 2017-ci ilin ilk rübündə yekunlaşacağı gözlənilir.

BTRİB yaranan müvəqqəti narahatlığın abunəçilərin daha keyfiyyətli xidmət almasına yönəldiyini bir daha istifadəçilərin diqqətinə çatdırır və onların istənilən sualla bağlı "155 çağrı mərkəzi"nə müraciət edə biləcəyini bildirir.
 
Qeyd edək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin xidmət ərazisində 17736 ədəd kabel-kanal quyusu mövcuddur.  Artıq 7459 quyu texniki normalara uyğun vəziyyətə gətirilib. 













Baxış sayı: 3208

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2017

21 11 2017

21/11/17
Viruslar “Google Play” proqramlar mağazasına müdaxilə etməyə müvəffəq olublar

Hakerlər troyanları “Google Play” proqramlar mağazasının mühafizə sistemindən gizlətmək mexanizmi 

21/11/17
“Açıq Hökumət Məlumatları” portalının yeni versiyası təqdim olundu

Noyabrın 21-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən

21/11/17
Ən təhlükəli parollar açıqlanıb

“Google” şirkəti kibertəhlükəsizlik mövzusunda ABŞ-ın Berkli Universiteti ilə birlikdə aparılan tədqiqatın 

21/11/17
“Huawei Honor V10” smartfonunun fotoşəkilləri yayılıb

Çinin “TENAA” Telekommunikasiya Avadanlığının Sertifikatlaşdırılması Mərkəzinin saytında buraxılışa 

21/11/17
Smartfon istifadəçiləri ən çox hansı brauzerdən istifadə edirlər?

“Androidpolice” nəşri öz oxucuları  arasında sorğu keçirib. Sorğunun məqsədi ən populyar brauzeri müəyyənləşdirmək

21/11/17
“5G NR” şəbəkəsinin ilk sınaqları keçirilib

“Qualcomm Technologies”, “ZTE” və “China Mobile” şirkətləri “3GPP R15” standartı əsasında dünyada

21/11/17
2017-ci ilin ən yaxşı texnoloji yenilikləri bəlli olub

Yaponiyanın “Nintendo” şirkətinin “Switch” oyun konsolu ABŞ-ın nüfuzlu “Time” jurnalı tərəfindən tərtib