12px13px15px17px
Tarix:17/01/17

Elektron Hökumət Təlim-Tədris Mərkəzi “Cisco Şəbəkə Akademiyası” statusunu əldə edib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Hökumət Təlim-Tədris Mərkəzi (EHTTM) informasiya texnologiyaları sahəsi üzrə təlim-tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə öz fəaliyyətini genişləndirir. Belə ki, Mərkəz şəbəkə texnologiyaları üzrə dünyanın ən nüfuzlu şirkəti olan "Cisco" şirkətinin rəsmi "Şəbəkə Akademiyası" statusunu qazanıb. Mərkəzdə yaradılan "Cisco Şəbəkə Akademiyası" informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmaq istəyən mütəxəssislər və eyni zamanda bu sahəyə marağı olan şəxslər üçün nəzərdə tutulub.
 
 
Mərkəzin yeni statusa sahib olması şəbəkə texnologiyaları sahəsi üzrə rəsmi təlimlər təşkil etməyə imkan verir. Bu təlimlər iştirakçılara şəbəkə inzibatçılığı sahəsində başlanğıc və yüksəksəviyyəli biliklərin öyrədilməsi ilə yanaşı, onlara yeni karyera qurmaq və işlərində yüksəlmək üçün imkanlar yaradır.
 
 
Qeyd edək ki, dünyanın 170-dən çox ölkəsində fəaliyyət göstərən "Cisco Şəbəkə Akademiyası"nda dərslər "Cisco" şirkətinin beynəlxalq proqramına əsaslanır və peşəkar, sertifikatlı mütəxəssislər tərəfindən keçirilir. Təlim kurslarında iştirak etməklə tələbələr yeni şəbəkələr, şəbəkə inzibatçılığı, təhlükəsizlik və "bulud" texnologiyaları nəzəriyyələrini öyrənir, təqdim olunan materiallardan, təlimatçının köməyindən, praktiki laboratoriyalarda real və virtual sistemlərdən istifadə edərək, biliklərini artırırlar və rəsmi onlayn resurslarına çıxış imkanı qazanırlar.
 
 
EHTTM-də yaxın vaxtlarda keçiriləcək təlimlər sayəsində tələbələr "Cisco sertifikatlı şəbəkə mütəxəssisi" (CCNA) və ya "Cisco sertifikatlı şəbəkə peşəkarı" (CCNP) statuslarını qazanmaq üçün beynəlxalq imtahanlara hazırlaşa biləcək və real tədris laboratoriyası üzərində praktiki biliklər qazanacaqlar. Təlimlərdə uğurla iştirak edən tələbələr Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və "Cisco Şəbəkə Akademiyası"nın sertifikatına sahib olacaqlar ki, bu da öz növbəsində onlar üçün geniş imkanlar yaratmış olacaqdır. 




Baxış sayı: 1703

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 İyun 2017

24 06 2017

24/06/17
İlk döndərilən yumşaq robot hazırlanıb

Cənubi Koreya alimləri “DeployBot” adlı dünyanın ilk döndərilən yumşaq robotunu yaradıblar.

24/06/17
Klaviatura formasında kompüter hazırlanıb

Adi kompüterlərin hamısı, demək olar, eyni cür görünür: böyük korpus, monitor, klaviatura və “maus”.

24/06/17
“Airbus” şirkətinin robot vertolyotu ilk sərbəst uçuş həyata keçirib

Sürücüsüz avtomobillər artıq yollarda uğurla hərəkət etdikləri halda, 

24/06/17
Yatağı yığışdıran və yuxu zamanı temperaturu tənzimləyən "ağıllı" yorğan təqdim edilib

Kanadanın “Smartduvet” startapı tərəfindən təqdim edilmiş xüsusi astar adi yorğanı 

24/06/17
“WhatsApp”-dan daha bir faydalı yenilik

“WhatsApp” messencerində yeni funksionallıq istifadəyə veriləcək: belə ki, sözügedən messencerin 

24/06/17
Günəş enerjisi suyu duzdan səmərəli təmizləməyə kömək edəcək

Yer səthinin çox hissəsi su ilə örtülüb, ancaq duz bütün suyu içməyə yararsız edir.