12px13px15px17px
Tarix:15/03/17

Bayram günlərində əhali fasiləsiz nəqliyyat və telekommunikasiya xidmətləri ilə təmin ediləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Novruz bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.

Bayram ərəfəsində və bayram günlərində sabit telefonların fasiləsiz işinin təmin edilməsi məqsədi ilə rabitə xidmətləri borclarına və digər səbəblərə görə telefonların şəbəkədən açılmaması, eləcə də daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq, operativ tədbir görülməsi nəzərdə tutulur.

Bayram günlərində məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrinin iş rejiminin tənzimləyici qrafik üzrə qurulması, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlər görüləcək.

Şəhərlərarası nəqliyyat gücləndirilmiş iş rejimində çalışacaq. Eyni zamanda, Bakı Beynəlxalq Avtovağzalının bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyəti təmin ediləcək. Sərnişin sıxlığını nəzərə alaraq, lazımi sayda əlavə avtobus xəttə buraxılacaq.

Vətəndaşlardan rastlaşdıqları istənilən problemlə bağlı "1655" saylı "Qaynar Xətt"lə əlaqə saxlamaları xahiş olunur.
 




Baxış sayı: 11

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 May 2018

24 05 2018

24/05/18
“Startap günləri” davam edir

Növbəti “Startap günləri” cari il mayın 25-26-da Azərbaycan Dövlət İqtisad Universitetində

24/05/18
8 il ardıcıl olaraq dünyanın ən bahalı brendi adına layiq görülən şirkət hansıdır?

ABŞ-ın “Forbes” jurnalı dünyanın 100 ən bahalı brendindən ibarət növbəti reytinqi tərtib edib. Reytinqdə 

24/05/18
Körpə səslərini aydın dildə ifadə edəcək proqram yaradılıb

“UCLA” komandası öncə zəif eşidən valideynlər üçün ümumi fonda körpənin ağlamasını ayırd edə 

24/05/18
Ən böyük şəffaf elastik ekran nümayiş olunub

“LG Display” şirkəti ekranlar sənayesinin inkişafını davam etdirərək “Society for Information 

24/05/18
Ən kompakt oyun noutbuku nümayiş olunub

“Razer” şirkəti yeni “Razer Blade” oyun noutbukunu təqdim edib. İstehsalçı onu dünyanın ən kompakt 

24/05/18
“Intel” şirkətinin istehsalı olan prosessorlarda növbəti boşluq aşkar edilib

“Intel” şirkətinin istehsalı olan prosessorlarda növbəti boşluq aşkar edilib. Bu boşluğu aradan qaldırmaq 

24/05/18
Alıcıların rəğbətini qazanmış smartfon hansıdır?

ABŞ-ın Alıcıların Məmnunluq İndeksi (ACSI) smartfonların yeni reytinqini tərtib edib. “iPhone 7 Plus” 

24/05/18
Britaniyada hərbi süni intellekt tədqiqatları mərkəzi yaradılacaq

Böyük Britaniyada vəzifəsi ölkənin təhlükəsizlik səviyyəsinin və müdafiə qabiliyyətinin artırılmasından 

24/05/18
Kompüter virusu 500 min qurğuya hücum edib

ABŞ-ın “Cisco Systems” şirkəti dünyanın 50-dən çox ölkəsində təxminən 500 min kompüter qurğusunun