12px13px15px17px
Tarix:28/03/17

Yeni texnologiya optik-lif rabitə kanallarından daha effektiv istifadəyə imkan verəcək

İnternet şəbəkəsində ötürülən məlumatların həcminin hər ay artması ilə əlaqədar olaraq mütəxəssislər qitələr arasında trafikin çatdırılması üçün yeni üsullar axtarmaq məcburiyyətində qalırlar. Hazırda iki belə üsul mövcuddur. Birincisi, bahalı peyk interneti, digəri transokean optik-lif magistralıdır. Onların sayı durmadan artır, lakin problem kabel magistrallarının çəkilişinin çox zəif getməsi və baha olmasındadır. “Facebook” və “Nokia” şirkətləri ayrı-ayrı rabitə kanallarının məhsuldarlığının artırılması üsulunu kəşf edərək onların buraxılış qabiliyyətini təxminən 2,5 dəfə artırmağa nail olublar. Texnologiyanın geniş tətbiqi sayəsində artıq çəkilmiş optik-lif rabitə kanallarından daha effektiv istifadə mümkün olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, texnologiyanın mahiyyəti sürətin xeyli artırılmasını təmin edən kvadratura modulyasiyasının tətbiqindən ibarətdir. Nyu-York və İrlandiya arasında uzunluğu 5471 km təşkil edən kommersiya optik-lif kanalında keçirilən testlərdə kommersiya xətlərində sürəti 200 giqabit/saniyəyədək artırmaq mümkün olub, eksperimental şəbəkədə isə sürət 250 giqabit/saniyəyədək yüksəlib. Kvadratura modulyasiyası potensial baxımdan maksimum sürəti optik-lif həddinə çatdırmaq iqtidarındadır. Gələcəkdə “Facebook” və “Nokia” optik-lif rabitə kanalı ilə məlumatların ötürülmə sürətini saniyədə 32 terabitədək artırmağı planlaşdırırlar.  

Nizam Nuriyev 




Baxış sayı: 591

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024