12px13px15px17px
Tarix:04/04/17

“NETTY 2017” - Azərbaycan Milli İnternet Mükafatına start verilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin hərtərəfli dəstəyi ilə “NETTY 2017”- Azərbaycan Milli İnternet Mükafatına start verilib. Artıq 13-cü dəfə baş tutacaq müsabiqədə iştirak etmək üçün ərizələrin qəbulu “www.netty.az” saytında həyata keçirilir.
 
Müsabiqə şərtlərinə əsasən, saytların və müsabiqə iştirakçılarının qeydiyyatı ilə bağlı ərizələrin qəbulu 2017-ci il 3 aprel tarixindən 15 may tarixinədək aparılır. 15 maydan 22 may tarixinə qədər “NETTY 2017” nominantlarının müəyyən edilməsi üçün Ekspert Şurası və Virtual Münsiflər Heyətinin paralel səsverməsi həyata keçirilir.
 
22 mayda isə Ekspert Şurası (Şura hər nominasiya üzrə üç nominant seçir) və Virtual Münsiflər Heyətinin (münsiflər heyəti iştirakçıların ümumi sayından “Virtual münsiflər heyətinin seçimi” nominasiyasında üç nominant seçir) seçiminə əsaslanaraq, “NETTY” Akademiyası öz səsverməsinə başlayır. Akademiya mövcud nominasiyalardan hər birində mükafatın yeganə qalibini müəyyən edir. Göstərilən müddət ərzində müsabiqədən kənar fəxri və həvəsləndirici nominasiyalar üzrə də səsvermə keçirilir. “NETTY 2017” nominasiyalarının qalibləri rəsmi olaraq təntənəli mərasimdə elan edilir və qaliblərə əsas mükafat sayılan “NETTY” heykəlciyi təqdim edilir. Mükafatlandırma mərasimində mükafatın bütün nominantları iştirak edirlər.
 
Mərasimin tarixi və yeri barədə məlumat daha sonra təqdim ediləcək.
 
“www.netty.az” saytının hər bir ziyarətçisi “Facebook” və ya “Twitter”də öz sosial profilinin məlumatlarından istifadə edərək, Virtual Münsiflər Heyətinin üzvü ola və müsabiqənin nominantları seçimində iştirak edə bilər. Ekspert Şurası – müsabiqənin təşkilat komitəsinin şəxsi dəvəti ilə formalaşır.  “NETTY” Akademiyasında isə Azərbaycanın ictimai, dövlət və biznes strukturlarında çalışan nüfuzlu şəxslər təmsil olunur.
 
Ənənəvi olaraq, müsabiqə çərçivəsində müvafiq nominasiyalar (“Azərbaycan”, “Dövlət saytı”,  “Elm və təhsil”, “Mədəniyyət və incəsənət”, “Cəmiyyət”, “İnformasiya və xəbərlər”, “Servis sayt”,  “Korporativ sayt”, “Elektron Kommersiya sahəsində ən yaxşı sayt” “İdman”, “Şəxsi sayt”, “Virtual münsiflər heyətinin seçimi”) üzrə Azərbaycanda ən yaxşı saytların adları çəkiləcək. Cari ildə “Əyləncə” nominasiyası ləğv edilib, eyni zamanda sosial şəbəkələrə istiqamətləndirilmiş iki yeni nominasiya (“Sosial şəbəkələrdə ilin adamı” və “Sosial şəbəkələrdə ilin şirkəti”) əlavə olunub.

Müsabiqə çərçivəsində fəxri nominasiyalar (“İlin proqramı”, “Milli informasiya texnologiyalarının inkişafının zənginləşdirilməsi” və “İlin İT hadisəsi”) üzrə də mükafatlar veriləcək. “İlin İT hadisəsi” nominasiyası üzrə iddiaçıların ərizələrinin təhlili nəticəsində həmçinin “İlin İT şirkəti” nominasiyasında nominantlar və qalib müəyyən ediləcək.

“NETTY” çərçivəsində bu il ilk dəfə “İlin İT meneceri” nominasiyası keçiriləcək, onun vasitəsilə  ölkənin İT departamentlərinin ən yaxşı rəhbərləri (təşkilatın fəaliyyət sahəsindən asılı olmayaraq) müəyyən ediləcək.
 
Qeyd edək ki, Akademiyanın qərarı ilə 2017-ci ildə müsabiqədə iştirak üçün hər ərizə üzrə 10 AZN qeydiyyat haqqı tətbiq edilir. Mükafatın bütün əsas nominasiyaları üçün qeydiyyat haqqı hər ərizəyə görə 10 AZN təşkil edir. Resursların ərizələrinə ümumi şərtlərlə baxılır. Ödəniş yalnız Təşkilat Komitəsi tərəfindən qeydiyyatın təsdiqindən sonra həyata keçirilir.
 
Mükafatın baş partnyoru “Azercell” şirkəti, digər partnyorları isə “Bakutel” sərgisi, “SmartHost.az” və “Renley.az” şirkətləri, “Kassir.az” layihəsidir. Tədbirə informasiya dəstəyini “Infocity.az”, “CBC.az” telekanalı, “1news.az”, “Oxu.az”, “Disput.az” və “Salamnews.org” saytları göstərir.
 
“NETTY” – Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib, Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə, İT bazarının inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində  Azərbaycanın ilk peşəkar mükafatıdır. “NETTY” mükafatı Azərbaycanın ən yaxşı veb-layihələri, informasiya texnologiyaları sahəsində  mütərəqqi xadimləri üzə çıxarır.
 
Partnyorluq məsələləri ilə bağlı sualları “info@netty.az” ünvanına göndərə bilərsiniz.




Baxış sayı: 114

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Aprel 2017

28/04/17
Dünya smartfon bazarının həcmi 4,3% artıb

“IDC” analitik şirkətinin ilkin məlumatlarına əsasən, 2017-ci ilin birinci rübündə istehsalçılar ümumilikdə 

28/04/17
"Elektron hökumət" quruculuğu barədə növbəti seminar Ağdaşda keçirildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Regional İnsan Hüquqları və Media Mərkəzi 

28/04/17
“Google Trips” səyahətlərin planlaşdırılmasını asanlaşdıracaq

“Google” şirkəti ötən il səyahətlərin planlaşdırılması üçün “Trips” mobil proqramını təqdim edib. Gedilə

28/04/17
Yaponiyanın mobil operatoru uçan sferik ekran yaradıb

Yaponiyanın Tiba şəhərində keçiriləcək “Niconico” konfransında “NTT Docomo” regional provayderi 

28/04/17
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq üzrə geniş müşavirə keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində IV İslam Həmrəyliyi Oyunlarına nəqliyyat və rabitə sahələri üzrə hazırlıqla 

28/04/17
Bina çap edən robot yaradılıb

Massaçusets Texnologiya İnstitutunun mühəndisləri bina çap etməyə imkan verən daxili “3D” printerə malik 

28/04/17
BMT qızların İKT sahəsində imkanlarını genişləndirməyə çağırır

Birləşmiş Millətlər Təşkilatı qızların informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində imkanlarını 

28/04/17
Yeni “BlackBerry” smartfonunun satışa çıxarılma vaxtı məlum olub

Kanadanın “BlackBerry” brendinin sahibi - Çinin “TCL” şirkəti eyniadlı ilk smartfonun təqdim ediləcəyi tarixi 

27 04 2017

27/04/17
“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın ilk mərhələsi başlayır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın 

27/04/17
Yeni neyron interfeys mətni beş dəfə sürətli çap edəcək

“Facebook” yaradıcısı Mark Sukerberq sosial şəbəkə üçün hazırda insanların telefon vasitəsilə çap etdikləri 

27/04/17
Smartfonu 5 dəqiqəyə enerji ilə dolduran qurğu təqdim olunub

İxtiraçı Yakob Bey “Kickstarter” platformasında smartfonu 5 dəqiqə müddətində enerji ilə doldurmaq 

27/04/17
“Samsung FaceSense” virtual reallıqla ünsiyyəti sadələşdirəcək

“Samsung” şirkəti Los-Ancelesdə keçirilən “VRLA Expo 2017” sərgisində “FaceSense” adlı virtual reallıq inte

27/04/17
“Apple” mobil qurğularda yeni tip birləşdiricidən istifadə edəcək

“Apple” şirkəti bu günlərdə dərc edilən yeni patentdə təkcə smartfonlarda deyil, “ağıllı” saatlar kimi digər mobil 

27/04/17
“Instagram” istifadəçilərinin sayı 700 milyon təşkil edir

“Instagram” sosial şəbəkəsinin aktiv istifadəçilərinin sayı 700 milyona çatıb. Bu haqda xidmətin administrasiyası 

27/04/17
Dünyada çərçivəsiz displeylə təchiz edilmiş ilk təhlükəsiz smartfon təqdim edilib

Bu günlərdə “Aermoo” şirkəti dünyada ilk çərçivəsiz smartfonunu təqdim edib. Bu aparatın əsas özəlliyi 

27/04/17
Sağlamlıq imkanları məhdud insanlar üçün yeni qurğu yaradılıb

Əksər insanların smartfon, planşet və kompüterdən problemsiz istifadə etməsinə baxmayaraq bəziləri üçün 

27/04/17
"Ağıllı" balış gecə lampası, zəngli saat funksiyasını yerinə yetirəcək və yuxuya nəzarət edəcək

ABŞ-ın “Mode Modern” dizayn studiyası “Kickstarter” platformasında özündə gecə lampası, zəngli saat və fitnes 

27/04/17
“Elektron hökumət” portalında elektron arayışların sayı artırılıb

“Elektron hökumət” portalında elektron arayışların sayı artırılıb. Belə ki, Dövlət Dəniz Administrasiyası (DDA) tərəfindən təqdi