12px13px15px17px
Tarix:20/04/17

“Facebook” vertolyotların köməyi ilə internet paylayacaq

“Facebook” şirkəti planetin hər bir sakininin onun sosial şəbəkəsinə girişini təmin etmək istəyir. Deyəsən, bu arzu tezliklə reallaşacaq.

“F8” konfransında şirkətin nümayəndələri istifadəçi aktivliyinin monitorinqi zamanı əldə etdikləri məlumatları paylaşıblar. Kənd yerləri və təbii fəlakətlər zamanı internetə qoşulma imkanı araşdırılıb və bunun nəticəsi kimi “Tether-tenna” layihəsinə başlanılması haqda qərar qəbul edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, internetə çıxışı asanlaşdıran qurğu kiçik vertolyotdan ibarətdir. Vertolyot internetə qoşulacaq və bortunda enerji mənbəyi quraşdırılacaq. Fövqəladə hallar və işlək şəbəkənin zədələnməsi vaxtı vertolyot fiber-optik kabelə qoşulacaq və azca hündürlüyə qalxaraq bir növ antena rolunu oynayacaq.

“Tether-tenna” layihəsinin sınaqları hələ keçirilməsə də, “Facebook” şirkətinin nümayəndələri bildiriblər ki, sistemin işə salınmasına bir neçə ay kifayətdir. Hazırda “F8” konfransının keçirildiyi San-Xose şəhərində ziyarətçiləri yüksəksürətli internetlə təmin edən oxşar “Terragraph” kompleksi yoxlanılır.

Emil Hüseynov




Baxış sayı: 271

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Oktyabr 2017

18 10 2017

18/10/17
“WhatsApp”da dostların olduqları yeri real vaxtda izləmək mümkün olacaq

“WhatsApp” istifadəçiləri kontaktlar siyahısındakı dostları ilə olduqları yeri real vaxt rejimində paylaşmaq 

18/10/17
“3D” printerdə çap edilən ilk körpü istifadəyə verilib

Niderlandda üçölçülü (3D) printerdə çap edilən ilk körpünün açılışı keçirilib.

18/10/17
2023-cü ilə dünyada “5G” istifadəçilərinin sayı 1 milyarda yaxınlaşacaq

“CCS Insight” şirkətinin mütəxəssislərinin proqnozuna görə, beşinci nəsil mobil rabitə şəbəkəsi əvvəlki 

18/10/17
“Samsung” 8 nanometrlik texnoloji prosesin hazırlanmasını tamamlayıb

“Samsung Electronics” şirkəti yarımkeçiricilərin istehsalı üçün 8 nanometrlik texnoloji prosesin hazırlanmasını

18/10/17
“Google” kartoqrafik servisinə planet və peyklərin “3D” modelləri əlavə olunub

“Google” şirkəti astronomiya həvəskarları üçün planet və peykləri öyrənmək imkanı təqdim edərək onların 

18/10/17
“Windows” üçün “Chrome” brauzerində daxili antivirus istifadəyə verilib

“Google” şirkəti “Windows” üçün “Chrome” brauzerinin masaüstü versiyası ilə müasir

18/10/17
Qeyri-adi dizayna malik iki ekranlı smartfon təqdim edilib

Çinin “ZTE” şirkəti “Axon M” adlı smartfonunu təqdim edib. Bu aparat analoji qurğulardan qeyri-adi dizaynı 

18/10/17
2018-ci ildə qlobal fərdi kompüter bazarında artım qeydə alınacaq

“Gartner” analitik şirkətinin mütəxəssislərinin proqnozuna görə, 2018-ci ildə korporativ seqmentdə kompüter