12px13px15px17px
Tarix:22/04/17

“Windows 10” üçün böyük yeniləmələr yaz və payızda təqdim ediləcək

Ötən həftə “Windows 10” əməliyyat sistemi üçün ikinci ən böyük yeniləmə (Creators Update) təqdim olunub, bu il “Redstone 3” kod adı ilə daha bir böyük yeniləmənin buraxılacağı açıqlanıb. Bundan başqa, “Windows Insider” proqramının iştirakçıları artıq gələcək yeniləmənin ilk sınaq quraşdırmalarından yararlanmaq imkanı əldə ediblər.  

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün yeni funksiyalı böyük yeniləmələrin bundan sonra ildə iki dəfə - mart və sentyabrda buraxılacağını bəyan edib. Həmçinin, hər buraxılış üçün 18 ay müddətində texniki xidmət və dəstək nəzərdə tutulur.

Məlumata görə, növbəti “Windows 10 Redstone 3” yeniləməsində yenilənmiş “Project NEON” istifadəçi interfeysinin, seçilmiş kontaktlarla tez əlaqə üçün “My People” funksiyasının, qovluq və tab-vərəqləri birləşdirmək imkanının istifadəçilərin ixtiyarına verilməsi ehtimal olunur. Bundan əlavə, mobil qurğularda “x86” proqramlarını işə salmaq mümkün olacaq.

“Microsoft” korporasiyası tərəfindən mayın 10-12-də Sietldə keçiriləcək “BUILD 2017” konfransında “Windows 10 Redstone 3” haqqında ətraflı məlumat veriləcəyi, eləcə də “Windows 10” əməliyyat sisteminin “bulud” versiyasının nümayiş olunacağı gözlənilir.    
   
Nizam Nuriyev 




Baxış sayı: 327

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024