12px13px15px17px
Tarix:19/05/17

Sonuncu standart peyk internetinin sürətini 1Qbit/saniyəyə çatdırıb

Fraunqofer adına İnteqrasiyalı Mikrosxemlər İnstitutu (IIS), “Avanti Communications” və “Work Microwave” şirkətlərinin iştirak etdiyi layihənin həyata keçirilməsi çərçivəsində “Avanti” şirkətinə məxsus “HYLAS” peykinin tutumlarında quraşdırılan siqnalın modulyasiyası və demodulyasiyası üçün avadanlığın fəaliyyəti sınaqdan keçirilib.

“ICTnews” Elektron Xəbər Xidməti “Mediasat” resursuna istinadən yazır ki, genişzolaqlı tezlik daşıyıcılarının tətbiqi sayəsində test iştirakçıları transponderin tam buraxılış zolağından yararlanaraq bir tezlik daşıyıcısından istifadə zamanı informasiyanın saniyədə 1 qiqabit və daha çox sürətdə ötürülməsi ilə bağlı ilkin proqnozları üstələyən nəticələrə nail olublar.

Məlumata görə, texnologiyanın imkanları müxtəlif tezlik zolaqlarından və modulyasiya sxemlərindən istifadə etməklə nümayiş etdirilib.

Sınaqlar zamanı istifadəçi terminalı ilə qeydə alınan sabit bağlantının maksimal sürəti 1,27 qiqabit/saniyə təşkil edib. Bu nəticə qəbuledici avadanlığına seçimə görə daxil olan siqnalın ayrı-ayrı hissələrini buraxmaq və buraxmamaqla prosessorun gücünə qənaət etməyə imkan verən “DVB-S2X” standartının vaxtın kvantlanması funksiyasından istifadə sayəsində əldə olunub.

İnstitutun məlumatına görə, “DVB-S2X” standartı sonuncu peyk rabitəsi standartı kimi tezlik spektrindən səmərəli istifadəyə şərait yaradır.

Eksperiment Avropa Kosmik Agentliyinin (ESA) “Qabaqcıl ARTES texnologiyaları” proqramı üçün ayrılan vəsaitlər hesabına maliyyələşdirilib.

Nizam Nuriyev 




Baxış sayı: 126

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Fevral 2018

24/02/18
“Əşyalar interneti” üçün yeni platforma təqdim olunub

“Qualcomm” şirkəti quraşdırılan qurğular və “Əşyalar interneti” konsepsiyası üçün yeni aparat platforması

24/02/18
“Viber” messencerində yeni funksiyalar təqdim edilib

“Viber” messencerində istifadəçilərə 3 yeni funksiya təqdim edilib. Sözügedən xidmətin proqramçıları 

24/02/18
Dünyada ilk uçan taksi nümayiş etdirilib

“Airbus” şirkəti “Vahana” layihəsinə məxsus dünyada “Alpha One” adlı ilk uçan taksinin uçuşu il

24/02/18
Britaniyanın avtomobil markası smartfon təqdim edib

Britaniyanın “Jaguar Land Rover” avtomobil markası “Bullitt Group” ilə birgə hazırlanmış “Android

24/02/18
Smartfonların satışı tarixdə ilk dəfə azalıb

“Gartner” analitik şirkəti satılan smartfonların sayının 2004-cü ildən ilk dəfə azalmasını açıqlayıb.

24/02/18
Bu korporasiya 2018-ci ilin ən innovativ şirkəti adına layiq görülüb

“Fast Company” firması “Apple” korporasiyasını 2018-ci ilin ən innovativ şirkəti adlandırıb.

23 02 2018

23/02/18
Avstriyanın nümayəndə heyəti ilə nəqliyyat və yüksək texnologiyalar sahəsində əməkdaşlıq müzakirə olunub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və 

23/02/18
Smartfon kamerası tam funksiyalı mikroskopa çevrilib

ABŞ mühəndisləri üçölçülü printerdə adi mobil telefonu peşəkar mikroskopa çevirməyə imkan verən 

23/02/18
"İdeyadan Biznesə" şüarı ilə “Startap Günləri”nə start verildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi dəstəyi, Yüksək Texnologiyalar Parkı, 

23/02/18
İsveçli proqramçılar mərhumla “ünsiyyət” saxlamağa imkan verəcək texnologiya hazırlayır

"İnsanın elektron surəti" sadə məişət söhbətlərini dəstəkləmək qabiliyyətinə malikdir, amma tamamilə yeni 

23/02/18
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Saatlıda vətəndaşlarla görüşüb

Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin fevral

23/02/18
Qlobal internetin təmini üçün iki peyk buraxılıb

ABŞ-ın məşhur iş adamı İlon Maska məxsus özəl “SpaceX” şirkəti qlobal internetin təmini üçün iki peykin 

23/02/18
Dünyada təmassız ödəmə xidmətindən istifadə sürətlə populyarlaşır

“Loup Ventures” tədqiqat firmasının 2017-ci ilin sonuna olan məlumatına görə, dünyada “iPhone” 

23/02/18
Gecə sınaqları üçün ilk günəş reaktoru yaradılıb

Dünya alimlər qrupu “Contisol” adlanan dünyanın ilk günəş reaktorunu qurub. Havada işləyən unikal aparat 

23/02/18
“Samsung Galaxy S10” smartfonu “5G” rabitə texnologiyasını dəstəkləyəcək

Cənubi Koreya nəhəngi yeni mobil rabitə texnologiyasının hazırlanması və sınaqdan keçirilməsi üzrə