12px13px15px17px
Tarix:20/05/17

Hava şarlarından fəlakət zonasının internetlə təmini üçün istifadə edilib

“Google” şirkəti ilk dəfə olaraq bir neçə ildir sınaqları keçirilən “Loon” hava şarlarından Peruda fəlakət zonasının internetlə təmini üçün istifadə edib. Bu barədə “Project Loon” layihəsinin rəhbəri Alaster Vestqartın bloqunda deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, uzun müddət stratosferdə qalaraq çoxlu əraziləri internetlə təmin edə bilən “Project Loon” hava şarları məhz belə hadisələr üçün yaradılıb və Cənubi Amerikada “Telefonica” rabitə operatoru ilə əməkdaşlıqda onların sınaqlarını keçirən “Google” Peru hökumətinə öz xidmətlərini təklif edib.

Məlumata görə, təklif qəbul edilib və son yeddi həftə ərzində “Google” və “Telefonica” Lima, Pyura və Çimbota şəhərləri yaxınlığında su altında qalmış ərazilərdə on minlərlə insanın internetə çıxışını təmin edib. İnternetin ümumi əhatə dairəsi 40 min kvadrat km. təşkil edib ki, bu da İsveçrə ərazisinə bərabərdir, şarlar vasitəsilə ötürülən trafikin tutumu isə 160 qiqabayt təşkil edib.

A.Vestqart “Google”un Peru sakinlərini internetlə lazım olan qədər təmin edəcəyini qeyd edərək  layihənin həyata keçirilməsində əməyi olan və kömək edən hər kəsə minnətdarlığını bildirib.

Qeyd edək ki, “Project Loon” proqramı çərçivəsində “Google” günəş batareyalarından enerji alan yüksək texnologiyalı avadanlıqla təchiz edilmiş aerostatlar vasitəsilə internetin paylanmasını həyata keçirir. Şirkət nümayəndələrinin sözlərinə görə, layihə Yer kürəsinin ucqar və ya yoxsul regionlarının sakinlərini internetdən yararlanmaq imkanı ilə təmin edəcək. İnternetin sürəti üçüncü nəsil mobil şəbəkələrindəki kimi eyni olacaq.  

“Project Loon” layihəsinin sınaqları 2013-cü ildə Yeni Zelandiyada keçirilib. “Google” Kenterberi regionunda yerli sakinlərdən olan 50 könüllünü internetlə təmin edən 30 şar buraxıb.

Bu ilin fevralında “Project Loon” mütəxəssisləri dünyada “Loon” hava şarları vasitəsilə internet şəbəkəsinin yaradılması ideyasından imtina edərək konkret regionların internetlə təmini üçün istifadə ediləcək azsaylı hava şarları ilə məhdudlaşmaq qərarına gəliblər. Mühəndislər bunun üçün kompüter təliminin köməyi ilə “Loon” hava şarlarına müxtəlif hava axınları arasında hərəkət etməklə lazımi ərazidə qalmağa imkan verən alqoritm yaradıblar.   

Nizam Nuriyev



Baxış sayı: 717

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024