12px13px15px17px
Tarix:26/05/17

“Sony” şirkəti “Premium Standard” sinifli smartfonların buraxılışından imtina edəcək

Yaponiyanın “Sony” şirkəti cari ildən etibarən “Sony Xperia X” və “Xperia X Compact” modellərinin aid edildiyi “Premium Standard” sinifli smartfonların istehsalından imtina edəcəyini bəyan edib.
 
 “ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, qeyd olunan smartfonlar əlverişli qiymətə (təxminən 500 dollar) qabaqcıl xüsusiyyətlər təklif edir. Bundan sonra şirkət diqqəti yalnız orta qiymətli, eləcə də bahalı qabaqcıl modellərə yönəltmək niyyətindədir. Orta qiymətlilərə “Sony Xperia XA1”və “Xperia XA1 Ultra”, bahalılara “Sony Xperia XZ Premium” və “Sony Xperia XZs” şamil edilir.
   
“Sony”, həmçinin bu il bazarda mövqeyini möhkəmlədərək rəqib istehsalçıların sərəncamında olmayan texnologiyalar təklif etməyi planlaşdırır. Bundan başqa, şirkət “Sony” brendinin gücündən istifadəyə imkan verəcək bazarlara diqqət ayırmaq istəyir. Belə dövlətlərə Yaponiya, Şərqi Asiya, Yaxın Şərq, Avropa və Asiya-Sakit okean regionu ölkələri aiddir.
 
Nizam Nuriyev 




Baxış sayı: 309

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024