



Milli startapçılar beynəlxalq “Startup Village” musabiqəsinin yarımfinalında iştirak edəcəklər

6-7 iyun tarixlərində Skolkovo İnnovasiya Mərkəzində təşkil ediləcək startap-musabiqəsinin yarımfinalında ölkəmizdən Arif Mövsümzadə, Aleksey Cəfərov və Fidan Rüstəmovadan ibarət "Spinal" komandasının "Lia" layihəsi, Orxan Əhmədovun "Kvotter" layihəsi, Şahlar Paşayevin "Sağlam Yaşam platforması" layihəsi təmsil olunacaq.
Ümumilikdə tədbirdə 20 000-dən çox iştirakçı, 3500 startap və 600-dən çox investorların iştirakı nəzərdə tutulur.
Azərbaycandan olan startapçıların həmin musabiqədə iştirakı potensial investorlar qarşısında öz layihələri haqqında ətraflı məlumat verməyə, həmçinin beynəlxalq bazarlara çıxış imkanları əldə etməyə əlverişli şərait yaradacaq.
Xatırladaq ki, Rusiya və MDB məkanında innovativ startapların axtarışı üzrə ən böyük tədbir sayılan “Açıq İnnovasiyalar üzrə Startap Turu” cari ilin 17-18 aprel tarixlərində Bakıda baş tutub. Əsas məqsədi yüksək texnologiyalar sahəsində perspektivli və innovativ layihələrin həyata keçirilməsinə dəstək vermək olan tura 235 iştirakçı, 82 layihə müraciət edib, onlardan 15 layihə iştirak hüququ qazanıb.
Məlumat üçün bildirək ki, “Startup Village” startap-musabiqəsi “Açıq İnnovasiyalar üzrə Startap Turu” çərçivəsində keçirilən ənnəvi tədbirdir və Avropada ən böyük startap müsabiqələrindən hesab olunur.
Baxış sayı: 1419
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Sony” şirkəti “Xperia Z Ultra” planşetofonunu təqdim edib (VİDEO)
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Androidin bazardakı payı azalıb
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib