12px13px15px17px
Tarix:23/06/17

Avropa peyk “5G” interneti sahəsində layihə reallaşdırmaq niyyətindədir

Avropa Kosmik Agentliyi 19-25 iyun tarixlərində keçirilən “Paris Airshow” Beynəlxalq Aerokosmik Salonu çərçivəsində “Satellite for 5G” layihəsini təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, yeni texnologiya peyk infrastrukturu üzərindən “5G” vasitəsilə internetə çıxış yaratmağa imkan verəcək. Yerüstü baza stansiyaları ilə müqayisədə bu texnologiyanın özəlliyi odur ki, dünyanın istənilən nöqtəsindən internetə çıxış mümkün olacaq.

Layihədə peyk sahəsində çalışan 16 şirkət iştirak edəcək. “Satellite for 5G” layihəsi üzrə sınaqlar 2018-2020-ci illərdə keçiriləcək.

“5G” şəbəkələri indiki “LTE” xidmətlərlə müqayisədə yalnız məlumatların ötürülmə sürətini dəfələrlə artırmır, həm də ləngimələri azaltmağa imkan verəcək.

Emil Hüseynov




Baxış sayı: 587

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024