12px13px15px17px
Tarix:14/07/17

3,9 milyard insanın internetə çıxış imkanı yoxdur

Yeni informasiya-kommunikasiya texnologiyaları (İKT) iqtisadiyyatın inkişafı və Dayanıqlı İnkişaf  Məqsədlərinə nail olmaqda mühüm rol oynayır. Ancaq indi planet əhalisinin əksəriyyəti onların üstünlüklərindən istifadə imkanına malik deyil, çünki 3,9 milyard nəfərin internetə çıxış imkanı yoxdur.
 
"ICTnews" Elektron Xəbər Xidməti "un.org" saytına istinadən yazır ki, bu haqda Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yeni hesabatında deyilir.
 
Hesabatın müəllifləri qeyd edirlər ki, informasiya və kommunikasiya texnologiyaları indiki iqtisadiyyatın əsasını təşkil edir. İKT sayəsində insanların istehsalat, məşğulluq sahəsində imkanları daha da artıb, yeni texnologiyalar insanlara bank əməliyyatlarını həyata keçirməkdə, bir çox sosial və tibbi xidmətlərdən istifadədə kömək edir.
 
Məsələn, fermerlər əkin sahələrinin monitorinqi üçün "pilotsuz təyyarələr" və peyk şəkillərindən istifadə edirlər. Həkim və alimlər informasiyanın toplanılması, təhlili və molekulyar genetika sahəsində tədqiqatların keçirilməsi üçün süni intellektə üstünlük verməyə başlayıblar.
 
"Rəqəmsal inqilabın töhfəsi hər ötən saat daha aydın hiss olunur. 2030-cu ilədək "dayanıqlı inkişaf sahəsində Gündəlik"də bəşəriyyətin tərəqqisi üçün qlobal rəqəmsal inqilabın böyük potensialı etiraf edilir" – BMT-nin Baş katibi Antoniu Quterriş deyib.
 
BTİ-nin Baş katibi Houlin Jao deyib ki, planetin hər bir sakininin "Ümumdünya hörümçək toru"na qoşulması üçün bütün imkanlardan istifadə etmək lazımdır. Hazırda dünya əhalisinin təxminən 50%-i (3,9 milyard nəfər) hələ də internetə çıxış imkanına malik deyil.
 
BTİ-nin Baş katibi beşinci nəsil mobil rabitə texnologiyasının istifadəyə verilməsinin əhəmiyyəti barədə danışıb. "5G" texnologiyası ən inanılmaz proqram və kompüter ssenarilərinin yaradılmasına imkan yaradacaq. Sözügedən texnologiya saniyədə bir neçə qiqabitədək sürətlə internetə daxil olmağa imkan verəcək.
 
Houlin Jao bildirib ki, hazırda bəşəriyyətin həyatını yaxşıya doğru dəyişdirmək qabiliyyətinə malik beşinci nəsil (5G) şəbəkəsinin çox sürətli inkişafı müşahidə olunur.
 
Emil Hüseynov




Baxış sayı: 6

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 May 2018

23 05 2018

23/05/18
“RED” smartfonu videonu “8К” formatında çəkəcək

“RED” şirkətinin yayın sonunadək satışa çıxarılacaq “Hydrogen One” smartfonu “8K” formatlı 

23/05/18
“HTC U12+” adlı qabaqcıl smartfon rəsmən təqdim edilib

“HTC” şirkəti tərəfindən təqdim edilmiş yeni “HTC U12+” smartfonu əvvəlki “HTC U11+” modelinin 

23/05/18
Növbəti nəsil “iPhone” smartfonları üçün prosessorların istehsalına başlanılıb

Tayvanın “TSMC” şirkəti “Apple” istehsalçısının payızda təqdim edəcəyi növbəti nəsil “iPhone” 

23/05/18
“Instagram”da paylaşımları lentdən gizlətməyə imkan verən düymə əlçatan olub

“Instagram” sosial şəbəkəsində paylaşımları lentdən gizlətməyə imkan verən düymə təqdim edilib. Bu halda 

23/05/18
Kriptovalyutalar sahəsindəki rezidentlərə güzəştlər ediləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yüksək Texnologiyalar Parkında “Blockchain” 

23/05/18
“Facebook”da fərdi məlumatlara nəzarət üçün yeni funksiyalar istifadəyə veriləcək

“Facebook” sosial şəbəkəsi istifadəçinin internetdə fərdi məlumatlara nəzarət üçün bir sıra yeni alətlər

23/05/18
Özü bərpa olunan material yaradılıb

Karneqi-Mellon Universitetinin mütəxəssisləri tərəfindən yaradılmış material aldığı zədələrə baxmayaraq 

23/05/18
“Microsoft” süni intellekt sahəsində Çinlə əməkdaşlığı genişləndirir

ABŞ-ın ən böyük texnologiya şirkətlərindən biri olan “Microsoft Corp” süni intellekt sahəsində Çinin