12px13px15px17px
Tarix:24/07/17

“YouTube” video redaktorunun fəaliyyəti dayandırılacaq

“YouTube” servisində sentyabrın 20-dən etibarən video redaktor bölməsi və slayd şouların yaradılması üçün funksiyanın fəaliyyəti dayandırılacaq. Buna səbəb kimi onlardan istifadənin az olması göstərilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Searchengines” resursuna istinadən yazır ki, tamamlanmamış layihələrin itməməsi üçün “YouTube” onları qeyd olunan dəyişikliklər qüvvəyə minməmişdən əvvəl çap etməyi tövsiyə edir. Dəyişikliklər yüklənilmiş videoçarxlara şamil edilməyəcək.
 
Məlumata görə, video menecerində videoların redaktəsi və onlara effektlərin əlavə olunması davam edəcək.
 
Yeni videoda çarx materialından istifadə üçün onu 720p piksel təsvir ölçüsündə “Google” arxivçisindən və ya “YouTube” saytından yükləmək mümkündür. 
 
Dəyişikliklər barədə ətraflı məlumatı servisin sorğu mərkəzindən əldə etmək olar.
 
Nizam Nuriyev 




Baxış sayı: 379

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024