12px13px15px17px
Tarix:03/08/17

Bu gündən etibarən “Elektron imza” “MİDA”-nın “ASAN xidmət” mərkəzlərində təşkil olunmuş “Güzəştli mənzil” pəncərələrindən də əldə oluna bilər

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlığı genişləndirir.
 
Azərbaycan Respublikası Prezidentinin 24.05.2017-ci il tarixli 1418 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Güzəştli mənzil" sistemi haqqında Əsasnaməyə uyğun olaraq mənzillərin əldə edilməsi üçün "Elektron hökumət" portalında yerləşən "Güzəştli mənzil" sistemi vasitəsilə qeydiyyatdan keçmək, həmçinin güzəştlə mənzil əldə etmək hüququ təsdiq olunduqdan sonra şəxsi elektron kabinetə daxil olmaq və həmin sistem vasitəsi ilə mənzil seçmək gücləndirilmiş "Elektron imza" ilə mümkündür.
 
Çoxsaylı müraciətləri nəzərə alaraq, güzəştli mənzil almaq istəyən vətəndaşların rahatlığını təmin etmək və əlavə vaxt itkisinin qarşısını almaq məqsədilə "Elektron imza"nı (www.e-imza.az) "ASAN xidmət" mərkəzlərində "MİDA" MMC-nin "Güzəştli mənzil" xidməti pəncərələrindən də sifariş edərək almaq imkanı yaradılıb. Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində 03.08.2017-ci il tarixindən etibarən "Elektron imza" sertifikatları Bakı şəhərində yerləşən 1, 3, 5 saylı "ASAN xidmət" mərkəzlərindən və Sumqayıt "ASAN xidmət" mərkəzindən də əldə oluna bilər.

 
Ümumilikdə "Elektron imza"nın alınması üçün proses aşağıdakı ardıcıllıqla həyata keçirilir:
 
1. Vətəndaş yuxarıda qeyd olunmuş "ASAN xidmət" mərkəzlərindən birinə gələrək MİDA operatoruna yaxınlaşır və sənədlərini təqdim edərək müraciət edir;
 
2. Operator daxili prosedurları həyata keçirdikdən sonra "Elektron imza" üçün müraciət formalaşdırıb Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidməti Mərkəzinə (MSXM) göndərir;
 
3. MSXM öz növbəsində ödənişin həyata keçirilməsi üçün sorğunu qəbul edir, bildiriş formalaşdırır və dərhal MİDA-ya qaytarır;
 
4. Operator yaradılan bildirişi çap edərək ödəməsi üçün vətəndaşa təqdim edir;
 
5. Vətəndaş "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən banka yaxınlaşaraq bildiriş nömrəsini təqdim etməklə ödənişi həyata keçirir;
 
6. Ödəniş edildikdən sonra "Elektron imza" sertifikatı (token daşıyıcısında) istehsal edilir, paketlənərək təyin olunmuş vaxtlarda müvafiq xidmət məntəqələrinə çatdırılır;
 
7. Vətəndaş növbəti gün xidməti pəncərəyə yaxınlaşaraq "Elektron imza" sertifikatını əldə edə bilir.
 
Qeyd edək ki, "Güzəştli mənzil" sisteminə dair sualları cavablandırmaq, şəxsi elektron kabinetin yaradılmasında, həmçinin "Elektron imza" sertifikatının alınmasında köməklik göstərmək məqsədilə "ASAN xidmət" mərkəzlərində "Güzəştli mənzil" pəncərələri davamlı olaraq vətəndaşlara xidmət göstərəcək.
 
"Güzəştli mənzil" sistemindən "Elektron imza" və ya "Asan imza" vasitəsi ilə istifadə vətəndaşların fərdi məlumatlarının mühafizəsini və "Elektron hökumət" portalında aparılan əməliyyatların dəqiq və təhlükəsiz həyata keçirilməsini təmin edir. "Elektron imza" sertikatına sahib olan vətəndaşlar "Güzəştli mənzil" sistemi ilə yanaşı, "Elektron hökumət" portalında təmsil olunan digər dövlət orqanlarının təqdim etdiyi xidmətlərdən də rahat şəkildə yararlana bilərlər.




Baxış sayı: 754

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024