12px13px15px17px
Tarix:18/09/17

Qocalar üçün sürücüsüz avtobusların sınaqları keçirilir

Yaponiyada “Robot Shuttle” sürücüsüz avtobuslarının sınaqlarına başlanılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Populyarnaya Mexanika” resursuna istinadən yazır ki, paytaxt Tokionun 15 kilometrliyində yerləşən Nisikita qəsəbəsinin sakinlərinin təxminən üçdə bir hissəsini ahıl insanlar təşkil edir və avtobus və sürücü sayının məhdud olması səbəbindən onlar mənzil başına çatmaqda çətinlik çəkirlər.

Məlumata görə, məhz bu problemin həlli üçün qəsəbədə “DeNA” şirkətinin altınəfərlik “Robot Shuttle” avtonom avtobusunun testlərinə başlanılıb. Sentyabrda başlanan ilk sınaq zamanı nəqliyyat vasitəsi insanları xüsusi stansiyadan tibbi xidmətlərin göstərilməsi üzrə bələdiyyə kompleksinə çatdırıb.

Bildirilir ki, avtobus saatda 10 km sürətlə hərəkət edib, lakin bir sıra test iştirakçıları onun 40 km/saat sürətlə hərəkət etməsini arzulayıb.

Avtobusun sınaqları müxtəlif yol şəraitində keçirilib, eləcə də avtobusun qarşısından keçən insanların onun xəbərdaredici siqnalına reaksiyası öyrənilib.

Yaponiya hakimiyyətinin testin nəticələri əsasında avtomagistrallardakı dayanacaqların sürücüsüz avtobuslar üçün stansiyalara çevrilməsi ilə bağlı qərar qəbul edəcəyi gözlənilir. Yaxın gələcəkdə yaşlı insanların mağaza, bank, tibbi müəssisə və s. yetişmələri üçün oxşar servisdən istifadə edəcəyi ehtimal olunur.

Nizam Nuriyev 




Baxış sayı: 88

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Fevral 2020

25 02 2020

25/02/20
“LG” şirkəti üçqat kameraya, “NFC” və tutumlu akkumulyatora malik yeni smartfonunu təqdim edib

“LG” şirkəti “Q51” adlı modelini təqdim edərək orta qiymət diapazonundakı smartfonlar çeşidini genişləndirib.

25/02/20
“Huawei” şirkəti “Honor 9x Pro” aparatını təqdim edib

Çinin “Huawei” şirkəti ucuz, amma məhsuldar “Honor 9x Pro” smartfonunu təqdim edib.

25/02/20
“Huawei” şirkəti “5G”-ni dəstəkləyən qatlanan smartfonunu təqdim edib

Çinin “Huawei” texnologiya korporasiyası Barselonada keçirilmiş onlayn təqdimatda “5G” qoşulmasını

25/02/20
“Sony” şirkəti “Xperia 10 Mark II” smartfonunu təqdim edib

“Sony” şirkəti qabaqcıl “Xperia 1 Mark II” aparatı və peşəkarlar üçün “Xperia Pro” prototip

25/02/20
Avropa Komissiyasının əməkdaşları “Signal” messencerindən istifadəyə başlayıblar

Avropa Komissiyasının əməkdaşlarına işgüzar yazışmaları yalnız “Signal” messencerində aparmaq tövsiyə

25/02/20
Dronlar üçün lazer peyk rabitə sistemi sınaqdan keçirilib

“General Atomics” şirkəti pilotsuz uçan aparatlar üçün lazer peyk rabitə sistemini sınaqdan keçirib.

25/02/20
Çində tibbi maskalı insanların tanınması üçün sistem tətbiq edilib

Çində insanları maska, şərf və saxta saqqalda müəyyənləşdirən yenilənmiş sifətin tanınması sisteminin tət

25/02/20
“Sony Xperia 1 II” smartfonu nümayiş olunub

Yaponiyanın “Sony” şirkəti ötənilki “Xperia 1” modelinin təkmilləşdirilmiş versiyası olan qabaqcıl “Xperi

25/02/20
Yeni “iPhone” modeli “Wi-Fi 802.11ay” standartını dəstəkləyəcək

Növbəti “iPhone” smartfon modeli “IEEE 802.11ay” kimi tanınan yeni “Wi-Fi” standartını dəstəkləyəcək. O