12px13px15px17px
Tarix:21/09/17

Səudiyyə Ərəbistanı hakimiyyəti “Skype” və başqa messencerlər vasitəsilə zənglərə qoyulmuş qadağanı ləğv edib

Səudiyyə Ərəbistanı hakimiyyəti "Skype", "WhatsApp", "Facebook Messenger", "Viber" və başqa analoji xidmətlər daxil olmaqla məşhur messencerlər vasitəsilə səsli və video zənglərə qoyulmuş qadağanı ləğv edib. Bu haqda "Reuters" xəbər agentliyi məlumat yayıb.

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.newsru.ru" saytına istinadən yazır ki,  ölkənin hakimiyyət orqanları messencerlərin monitorinqini həyata keçirəcək və qanunsuz məzmunu bloka salacaq. Kommunikasiya və informasiya texnologiyaları üzrə komissiyanın nümayəndəsi bildirib ki, istifadəçilər heç bir halda ölkə daxilində və ya xaricə monitorinqsiz və senzurasız zəng edə bilməyəcək.

"Reuters" xəbər agentliyi xatırladır ki, 2013-cü ildə Səudiyyə Ərəbistanı hakimiyyəti qonşu ölkələr kimi internetə ciddi məhdudiyyətlər tətbiq etmişdi. Bu, messencerlərin etirazçı fəallar və qiyamçılar tərəfindən istifadə edilməsi ilə bağlı narahatçılıqla izah edilmişdi.

Emil Hüseynov




Baxış sayı: 300

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Oktyabr 2017

22 10 2017