12px13px15px17px
Tarix:22/09/17

Planet əhalisinin yarısından çoxu internetə çıxış imkanına malik deyil

BMT-nin 2017-ci il üçün “Genişzolaqlı İnternetin vəziyyəti” adlı hesabatında dünyada rəqəmsal fərqin mövcud olduğu diqqətə çatdırılıb.

Hazırda planet əhalisinin təxminən 50%-nin “Ümumdünya hörümçək toru”na qoşulmasına baxmayaraq, təxminən 3,9 milyard nəfər əvvəlki kimi internetə çıxış imkanından məhrumdur ki, bu da dünyada mövcud olan rəqəmsal fərqi daha da ağırlaşdırır. Bu haqda BMT-nin “Genişzolaqlı İnternetin vəziyyəti” adlı son hesabatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “mediasat.info” saytına istinadən yazır ki, "2017-ci il üzrə Genişzolaqlı internet: genişzolaqlı internet davamlı inkişafın katalizatoru kimi" adlı hesabatın müəlliflərinin proqnozuna görə, 2017-ci ilin sonuna 3,58 milyard nəfər (planet əhalisinin 48%-i) “Ümumdünya hörümçək toru”na çıxış imkanına malik olacaq. Müqayisə üçün, 2016-cı ilin sonunda 3,4 milyard nəfər (planet əhalisinin 45.9%-i) genişzolaqlı internetə çıxış imkanına malik olub.

Ekspertlərin fikrincə, planet əhalisinin təxminən 50%-nin internetə çıxış imkanına malik olduğu dövrdə əsas diqqət sakinləri hələ qlobal şəbəkəyə çıxış imkanına malik olmayan rayonlara yönəldilməlidir.

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) məlumatına əsasən, 2017-ci ilin sonuna inkişaf etməkdə olan ölkələrdə internetin nüfuzetmə səviyyəsi 41.3%-ə (2016-cı ildə 39% olub) yaxınlaşacaq. Eyni zamanda inkişaf etmiş ölkələrdə internetin nüfuzetmə səviyyəsi 81% təşkil edəcək. Qeyd edək ki, dünyada internetin orta nüfuzetmə səviyyəsi 48%-ə bərabərdir.

Proqnozlara görə, 2017-ci ildə ən az inkişaf etmiş ölkələrdə internetin nüfuzetmə səviyyəsi 17,5%-ə (2016-cı ildə 15,6% olub) yaxınlaşacaq və bu o deməkdir ki, 2020-ci ilə BMT-nin Davamlı İnkişaf proqramı üzrə məqsədləri çətin ki yerinə yetirilsin.

Bu gün “Ümumdünya hörümçək toru”na çıxışa malik olmayan insanların təxminən 62%-i Asiya-Sakit okean regionu ölkələrində, 17,8% isə Afrika ölkələrində yaşayır. Maraqlıdır ki, Çin və Hindistanda müvafiq olaraq internetə çıxış imkanı olmayan 362 milyon və 660 milyon nəfər yaşayır. Amma eyni zamanda Çin internet istifadəçilərinin sayına görə internetə çıxış xidmətləri bazarında liderdir və internet istifadəçilərinin sayı təxminən 700 milyon təşkil edir. Hindistanda isə 355 milyon nəfər “Ümumdünya hörümçək toru”na çıxış imkanına malikdir.

Bundan başqa, hesabatda göstərilib ki, dünyada internetdən istifadə edən kişilərin sayı qadınların sayından çoxdur. Ancaq Şimali və Cənubi Amerika ölkələrində bu göstərici əksinədir. Lakin son tədqiqat məlumatları göstərir ki, inkişaf etməkdə olan ölkələrdə, xüsusən Afrika ölkələrində internetdən istifadə sahəsində gender fərqi genişlənir.

"Genişzolaqlı internet planet əhalisinin onların həyat keyfiyyətini yaxşılaşdıran lazımi resurslara qoşulması, həmçinin dünyada davamlı inkişaf üçün məqsədlərə nail olmaq üçün həlledici əhəmiyyət kəsb edir" – BTİ-nin baş katibi Huolin Çjao deyib.

Emil Hüseynov



Baxış sayı: 339

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2018

26 04 2018

26/04/18
“İKT-də qızlar” günü münasibətilə “Azercell”in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya təşkil olunub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə qadınların İKT

26/04/18
Qrant müsabiqəsi çərçivəsində layihələrin qəbulunun bitməsinə 4 gün qalıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının 

26/04/18
Beynəlxalq “İKT-də qızlar” günü ölkəmizdə geniş qeyd olunub

Bütün dünya ictimaiyyəti aprelin sonuncu həftəsinin dördüncü günü “İKT-də qızlar” günü

26/04/18
“XXI əsr” Təhsil kompleksinin şagirdləri “İKT-də qızlar” gününü “Azərkosmos”da qeyd etdilər

Bütün dünya ictimaiyyəti aprelin sonuncu həftəsinin dördüncü günü “İKT-də qızlar” günü k

26/04/18
Alimlər “3D” printerdə kriogen undan qida çap ediblər

Koreyalı alimlər qrupu qida üçün “3D” çap texnologiyasını təkmilləşdirmək üsulunu tapıblar. Yeni 

26/04/18
“Instagram” sosial şəbəkəsi “Stories” bölməsi üçün yeniləmə təqdim edib

“Instagram” sosial şəbəkəsi "Stories" bölməsinə yeni funksiya əlavə edib. İndi yuxarıdan sağ küncdə yerləşən 

26/04/18
Dünyanın ən böyük smartfon bazarında kəskin azalma qeydə alınıb

Çinin smartfon bazarının həcmi cari ilin birinci rübündə xeyli azalıb. “Counterpoint Research” analitiklərinin 

26/04/18
“Twitter”də məxfilik siyasəti yenilənib

“Twitter” mikrobloqlar servisi Avropa İttifaqında fərdi məlumatların mühafizəsi haqqında yeni qaydalar 

26/04/18
Çin “5G” rabitə şəbəkəsini istifadəyə verib

Çinin Çunsin şəhərinin yeni rayonlarından birində  “5G” rabitə şəbəkəsi işə salınıb. Yeni nəsil şəbəkəsinin 

26/04/18
“Opera Touch” mobil brauzeri təqdim olunub

“Opera Software” şirkəti internet saytlarına daxil olmaq üçün adi əlavələrdən bir sıra xüsusiyyətlərinə