12px13px15px17px
Tarix:13/11/17

“Bax, İstifadə et, Yarat!” adlı mobil tətbiqlərin hazırlanması müsabiqəsi elan edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi Açıq Hökumət Məlumatlarından istifadə etməklə "Bax, İstifadə et, Yarat!" adlı mobil tətbiqlərin hazırlanması müsabiqəsini elan edir.

Müsabiqənin məqsədi:
 
Azərbaycan Respublikasının "Açıq Hökumət Məlumatları" (data.gov.az) portalındakı məlumatlar əsasında yeni mobil tətbiqlərin hazırlanması, Açıq Hökumət Məlumatlarından rahat istifadə, sosial yönümlü və innovativ ideyaların dəstəklənməsi və startap layihələrinin təşviq edilməsidir.
 
Müsabiqənin şərtləri:
 
·        Müsabiqədə fərdi və ya komanda şəklində iştirak etmək olar. (Komanda üzvlərinin sayı 5 nəfərdən artıq ola bilməz)
·        Tətbiq hazırlayarkən Azərbaycan Respublikasının "Açıq Hökumət Məlumatları" portalındakı (data.gov.az) məlumatların ən azı birindən istifadə edilməlidir.
·        Təqdim edilən materiallar fiziki və hüquqi şəxslərin əqli mülkiyyət hüquqlarını pozmamalıdır.
 
Müsabiqədə qiymətləndirmə meyarları:
Meyar Bal Əmsal
1 Sosial əhəmiyyət (S) 0-10 3
2 Funksionallıq (F) 0-10 2
3 Tamlıq (T) 0-10 2
4 Dizayn (D) 0-10 2
5 Məzmun (M) 0-10 2
 
 
Yekun bal = 3xS+2xF+2xT+2xD+2xM
Yekun ballar eyni olduqda qiymətləndirmə daha üstün meyar üzrə müqayisə ediləcək (meyarlar cədvəldə üstünlüyünə görə sıralanıb) və üstünlük həmin meyar üzrə daha çox bal toplayana veriləcək.
 
Müsabiqənin mükafat fondu:
Ø 1-ci yer - 2000 AZN
Ø 2-ci yer - 1500 AZN
Ø 3-cü yer - 1000 AZN
 
Ø İştirakçı tələbələr  "Microsoft BizSpark" layihəsi çərçivəsində "Microsoft"un masaüstü proqramlarını, server həllərini və Bulud imkanlarını əldə edəcəklər.

Ø Yüksək Texnologiyalar Parkı üçün maraqlı olan 2 layihənin müəlliflərinə 6 ay ərzində inkubasiya mərkəzində ödənişsiz ofisdən istifadə imkanı yaradılacaq;

Ø Tələblərə uyğun mobil əlavə təqdim edən hər bir iştirakçıya "Elektron imza" sertifikatı təqdim ediləcək.
 
"Bax, İstifadə et, Yarat!" müsabiqəsində iştirak etmək istəyənlər 13.11.2017-ci il tarixindən başlayaraq data.gov.az portalındakı "Müsabiqə" menyusuna keçid edərək uyğun bölmədə qeydiyyatdan keçməli və 25.11.2017-ci il saat 23:59-a qədər hazırladığı materialları (tətbiqin qaynaq kodu, işlək tətbiq və tətbiqin təqdimatı olan fayllar) təşkilat komitəsinə portal üzərindən göndərməlidirlər.

26.11.2017-ci il tarixində iştirakçılar münsiflər heyəti qarşısında müsabiqə üçün hazırladıqları mobil əlavənin təqdimatını etməlidir.

Nəticələrin açıqlanması və qaliblərin mükafatlandırılması "Bakutel 2017" sərgi çərçivəsində baş tutacaq.




Baxış sayı: 171

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Sentyabr 2018

26/09/18
Ən yaxşı smartfon məlum olub

ABŞ-da “Consumers Union” adlı qeyri-kommersiya təşkilatının nəşri olan “Consumer Reports” resursu 

25 09 2018

25/09/18
Bakı Beynəlxalq Elektron Ticarət Forumu öz işini yekunlaşdırıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf

25/09/18
Dünyada ən yaxşı ekranlı smartfon hansıdır?

“DisplayMate” şirkəti yeni “iPhone XS Max” smartfonunu sınaqdan keçirib. Ekspertlər smartfonun 

25/09/18
Bu ölkədə açılacaq kafedə müştərilərə robotlar xidmət edəcək

Tokioda açılacaq kafedə müştərilərə ofisiantlar deyil, robotlar xidmət edəcək.

25/09/18
“Instagram” təsisçiləri istefaya gedir

“Instagram” sosial şəbəkəsinin baş direktoru Kevin Sistrom və baş texniki direktoru Mayk Kriger 

25/09/18
Smartfonların 88 faizi “Android” sistemi ilə işləyir

Dünyanın ən populyar mobil əməliyyat sistemi olan “Android” on yaşını qeyd edir.

25/09/18
“Chrome” brauzerinin yeni versiyası istifadəçilərin razılığı olmadan onları avtorizasiya edir

İnformasiya təhlükəsizliyi üzrə ekspertlər “Chrome” brauzerində istənilən qurğuda avtomatik avtorizasiya 

25/09/18
Dünyada ilk sürücüsüz tramvay nümayiş etdirilib

“Siemens” şirkəti “İnnoTrans-2018” dəmir yolu nəqliyyatı və innovasiyaları sərgisində “Combino” adlı 

25/09/18
“iPhone” və “iPad” qurğularına hücum edən yeni virus aşkarlanıb

“Kasperski laboratoriyası” şirkəti əvvəllər “Android” qurğu istifadəçilərini təhdid edən “Roaming