12px13px15px17px
Tarix:16/11/17

Azərbaycan Cənubi Qafqaz ölkələri arasında informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə liderdir

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yeni hesabatına əsasən, İslandiya, Koreya Respublikası və İsveçrə müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə liderlər siyahısında ilk üçlükdə qərarlaşıblar. İlk onluqda, həmçinin Danimarka, Böyük Britaniya, Honkonq (Çin), Niderland, Norveç, Lüksemburq və Yaponiya yer alıblar.

"ICTnews" Elektron Xəbər Xidməti un.org resursuna istinadən yazır ki, Azərbaycan 176 dövləti özündə birləşdirən reytinqdə 65-ci yeri tutmaqla Cənubi Qafqaz ölkələri arasında informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə liderdir. Gürcüstan və Ermənistan sözügedən reytinqdə müvafiq olaraq 74 və 75-ci yerləri tutublar.

Belarus 32-ci, Rusiya 45-ci, Qazaxıstan 52-ci və Moldova 59-cu, Ukrayna 79-cu, Özbəkistan 95-ci və Qırğızıstan 109-cu yerlərdə qərarlaşıblar.

BTİ-nin yeni hesabatı internetə qoşulmuş insanların sayında artım olduğunu və dünyada İKT yeniliklərindən daha aktiv istifadə edildiyini göstərir.

Yeni hesabatın müəllifləri bu tendensiyanı mobil telefon bazarının həcminin artması və genişzolaqlı rabitənin əlçatanlığı ilə izah edir.

Hazırda dünyada hər bir 100 insana mobil genişzolaqlı rabitə üzrə 50-dən çox abunə düşür. Bu, internet və onlayn xidmətlərə çıxışı xeyli dərəcədə genişləndirməyə imkan verib.

Emil Hüseynov




Baxış sayı: 258

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Sentyabr 2018

21 09 2018

21/09/18
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu

Bu gün Sumqayıt şəhərində “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turu keçirilib.

21/09/18
Maliyyə şirkətləri kiberhücumlarla mübarizəni gücləndirib

Banklar və sığorta şirkətləri 2018-ci ildə kiberhücumların 81 faizinin qarşısını almağa nail olublar

21/09/18
Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar 

21/09/18
“Android” sistemində aşkar edilmiş boşluqlara görə 3 milyon dollardan çox ödəniş edilib

“Google” şirkəti 2015-ci ildə “Android Security Rewards Program” proqramını istifadəyə verib. Axtarış 

21/09/18
Yeni texnologiya qonşu otaqdakı insanları təyin etməyə kömək edəcək

Kaliforniya Universitetinin professoru Yasamin Mostofinin rəhbərliyi altında çalışan mühəndislər komandası 

21/09/18
“Amazon” şirkəti səsli köməkçi sisteminə malik cihazlar təqdim edib

“Amazon” şirkəti “Alexa” səsli köməkçisi və "ağıllı ev" idarəetməsi ilə təchiz edilmiş bir neçə

21/09/18
“Xiaomi” şirkəti ucuz noutbuk təqdim edəcək

“Xiaomi” şirkəti “Xiaomi Notebook Youth Edition” adlı ən ucuz noutbukunu elan edib. Noutbukun qiyməti 

21/09/18
Süni intellektli “Xiaomi” zəngli saatı təqdim olunub

Çinin “Xiaomi” şirkəti süni intellektli köməkçi funksiyaya malik “Xiao AI Smart Alarm Clock