12px13px15px17px
Tarix:14/12/17

“İnnovativ Sahibkarlıq” mövzusunda təlim keçirilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ilə Türkiyə Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Təşkilatı (KOSGEB) əməkdaşlığı çərçivəsində 14-15 dekabr 2017-ci il tarixində “İnnovativ sahibkarlıq” mövzusunda təlim keçirilir.
 
Təlimdə startap rəhbərləri, gənc sahibkarlar və tələbələrin iştirakı nəzərdə tutulur. Təlimin əsas məqsədi yerli startapçılarda innovativ sahibkarlıq ənənəsinin formalaşdırılması və bu sahədə biliklərin artırılmasıdır. Seminarda “Tədqiqat və inkişaf”, “İnnovasiya və sənaye tətbiqinə dəstək proqramları”, “Əsas sahibkarlq konsepsiyası”, “Bazarın araşdırılması”, “Biznesin növləri və funksiyaları” və digər mövzular müzakirə olunub.
 
Qeyd edək ki, KOSGEB Türkiyə Respublikasında iqtisadı və sosial ehtiyacların qarşılanmasında kiçik və orta ölçülü müəssisələrin payını və təsirini artırmaq, həmçinin rəqabət gücünü yüksəltmək məqsədilə 1990-cı ildə yaradılıb. Adı çəkilən qurum kiçik və orta ölçülü sahibkarlara dəstəyini birbaşa maliyyə yardımların edilməsi, güzəştli kreditlərin verilməsi, məsləhət xidmətlərinin göstərilməsi, xarici bazarlara çıxışa yardım edilməsi və bu kimi digər vasitələrlə həyata keçirir.








Baxış sayı: 476

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024