12px13px15px17px
Tarix:15/12/17

Cari ilin oktyabrında ən çox bu smartfonlar satılıb

“Apple” şirkətinin yeni qurğuları smartfonlar arasında satış sayına görə ilk iki yeri tutub.

“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, “Counterpoint” analitiklərinin məlumatına görə, cari ilin oktyabrında smartfonlar arasında satışların sayına görə “iPhone 8” birinci, “iPhone 8 Plus” isə ikinci yeri tutublar.

Yeni statistika 8-ci nəsil smartfonun əvvəlki nəsillə oxşar dizaynına görə “Apple” tarixində ən uğursuz olacağı ilə bağlı fikirləri alt-üst edib.

Smartfon satışlarının sayına görə üçüncü yerdə “Samsung Galaxy Note 8” qərarlaşıb.

Emil Hüseynov




Baxış sayı: 412

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024