12px13px15px17px
Tarix:05/01/18

“Android” əməliyyat sisteminin idarəetməsi altında işləyən ən yaxşı smartfon məlum olub

Ekspertlər “Huawei Mate 10 Pro” smartfonunu “Android” sisteminin idarəetməsi altında işləyən ən yaxşı müasir smartfon adlandırıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “Android Authority” portalı tərəfindən keçirilmiş genişmiqyaslı yoxlamada texniki parametr, işləmə sürəti, akkumulyatorun imkanları, satış qiyməti, həmçinin kamera həlledici amillər olub. Bu halda smartfonlar vasitəsilə çəkilmiş şəkillərin keyfiyyəti istifadəçi səsverməsi nəticəsində müəyyənləşdirilib.

Araşdırma nəticəsində “Huawei Mate 10 Pro” smartfonu 361 bal, “Samsung Galaxy Note 8” qurğusu 354 bal toplayıb. “OnePlus 5T” (337 bal) üçüncü yeri tutub.

Həmçinin “Nokia 8”, “LG V30”, “Pixel 2 XL”, “Moto Z2 Force”, “Sony Xperia XZ1”, “Razer Phone” və “BlackBerry KEYone Black” kimi modellər ən yaxşılar siyahısına daxil ediliblər.

Emil Hüseynov




Baxış sayı: 339

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024