12px13px15px17px
Tarix:09/01/18

Dünyada ilk modulyar televizor təqdim edilib

"Samsung" şirkəti tərəfindən ABŞ-ın Las-Veqas şəhərində start götürmüş "CES 2018" sərgisində təqdim edilmiş 146 düymlük "The Wall" televizorunun ölçüsünü istəyə uyğun dəyişmək olar. Məsələn, istifadəçi, sadəcə, modullar əlavə etmək və ya onları çıxartmaqla panelin ölçüsünü və təsvir ölçüsünü artıra, yaxud azalda və ya onu lazımi formaya sala bilər.

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, "dünyada ilk kommersiya tipli modulyar MicroLED televizor olan ""The Wall"  istənilən ölçüyə salına bilər və inanılmaz parlaqlıq, rəng qamması, gurluluq səviyyəsi və əsl qara rəng əks etdirir." – "Samsung" şirkətinin "Visual Display" bölməsinin prezidenti Cunxi Xan deyib.

"The Wall" televizoru mikrometr ölçüsündə qeyri-üzvi işıq diodlarından istifadəni nəzərdə tutan "MicroLED" texnologiyası əsasında işləyir. Sonuncu adətən maye kristal panellər üçün tələb olunan işıqlandırma və rəng filtrlərinə ehtiyac duymur. Həmçinin "MicroLED" möhkəmlik, davamlılıq, təhlükəsizlik, yüksək parlaqlıq və enerji effektivlik kimi xüsusiyyətlərə malikdir.

Emil Hüseynov




Baxış sayı: 282

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024