12px13px15px17px
Tarix:09/01/18

İnsanın immun sisteminin “xəritə”si yaradılacaq

“Microsoft” korporasiyası “Adaptive Diotechnologies” startapını satın alaraq onunla birgə insanın immun sisteminin geniş “xəritə”sinin tərtibini planlaşdırır. Onun vasitəsilə orqanizmdə bütün dəyişiklikləri oxumaq və qeydə almaq mümkün olacaq. Bu, həkimlərə diaqnozları maksimum dəqiqliklə qoymağa imkan verəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, genomun sekvensiyası və bioinformatika ilə məşğul olan “Adaptive Biotechnologies” şirkəti  “Microsoft” ilə səyləri birləşdirməklə tədqiqatları yeni səviyyəyə çıxarmaq niyyətindədir.

“İmmun sisteminin vəziyyəti insan sağlamlığı barədə çoxlu məlumatlar verə bilər. Hazırda bu, fantastika kimi səslənsə də, biz bütün bu məlumatları oxuya bilsəydik, necə olardı?”, - “Microsoft”un süni intellekt bölməsinin rəhbəri sualla müraciət edib.

Məlumata görə, insanın immun sistemini başa düşməyə kömək edəcək texnologiyalar konsepsiyasının hazırlanması üzərində işə başlayan şirkətlərin mütəxəssisləri bütün immun hüceyrələrinin öyrəniləcəyini bildiriblər. Bundan sonra əldə olunan məlumatları insan orqanizmində T hüceyrələrinin əlaqələrini müəyyənləşdirməklə onlar və müxtəlif xəstəliklər arasında qarşılıqlı əlaqəni aşkarlayacaq və alim və həkimlərin öyrənə biləcəyi “xəritə”ni hazırlayacaq süni intellekt alqoritmi tədqiq edəcək.

Gələcəkdə “xəritə”nin ilkin mərhələlərdə bütün patologiyaları aşkarlamağa kömək edəcək universal qan analizi yaratmağa imkan verəcəyi gözlənilir.

Nizam Nuriyev 




Baxış sayı: 328

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024