12px13px15px17px
Tarix:10/01/18

“Elektron hökumət” portalına kənd təsərrüfatı ilə bağlı 3 elektron xidmət inteqrasiya olunub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru olduğu "Elektron hökumət" portalına yeni elektron xidmətlər inteqrasiya olunub.
Söhbət Kənd Təsərrüfatı Nazirliyinin aşağıda adları çəkilən 3 yeni elektron xidmətindən gedir:
 
–     Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu;
–     Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu;
–     Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından çıxarılması üçün müraciətin və sənədlərin qəbulu.
 
Qurumun təqdim etdiyi xidmətlərdən istifadə etmək üçün "Elektron hökumət" portalında qeydiyyatdan keçmək mütləqdir.

"Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu" adlı elektron xidmətdən istifadə etməklə Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi Ağakişi Alıyevə elektron müraciət etmək mümkündür. Müraciət edən şəxs portalda qeydiyyatdan keçdiyindən onun haqqında olan məlumatlar anket üzərində avtomatik olaraq tamamlanır. İstifadəçi ərizənin məzmunu və sənədlərin növü üzrə digər məlumatları da sistem üzərindən tamamlayıb göndərməklə sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciətini etmiş olacaq.

"Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu" adlı elektron xidmətdən istifadə etmək üçün ərizəçi fiziki, yoxsa hüquqi şəxs kimi müraciət edəcəyini seçir, sonra ərizənin növünü, texnikanın növünü, marka və modelini, zavod nömrəsini, mühərrik nömrəsini və müfəttişliyi (hansı rayona aid olması), texnikanın adını, rəngini, satış nömrəsini, istehsal ilini və tarixi qeyd edib, lazım olan sənədləri əlavə edərək, ərizəni göndərə bilir.

"Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından çıxarılması üçün müraciətin və sənədlərin qəbulu" adlı elektron xidmətdən istifadə etmək üçün ilk növbədə istifadəçi öz məlumatlarını qeyd edir. Şəxsiyyət vəsiqəsinin FİN-ni (xidmət qeydiyyatlı olduğundan FİN sistem tərəfindən avtomatik olaraq tamamlanır), elektron ünvanını, mobil telefonunu qeyd edib, anketdə tələb olunan digər məlumatları da seçərək, ərizəni göndərmiş olur.

Qeyd edək ki, "Elektron hökumət" portalına Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim edilən elektron xidmətlərin sayı 22-yə çatdırılıb.




Baxış sayı: 545

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024