12px13px15px17px
Tarix:12/01/18

Bu poçt sistemində növbəti boşluq aradan qaldırılıb

“We are Segment” şirkətinin kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssisi Roberto Bindi “Gmail” xidmətində boşluq aşkar edib. Sözügedən boşluq istifadəçiyə xüsusi hazırlanmış mesaj göndərmək yolu ilə onun elektron poçtuna girişi bloklamağa imkan verir.

“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, mütəxəssis sınaq zamanı “Zalgo” (hərf, rəqəm və metasimvollardan ibarət olan xüsusi mətn tipi) mətnindən istifadə edib. Ekspertin sözlərinə görə, belə mətnin veb brauzerə tətbiqi onun üçün maraqlı idi.

İlk sınağın nəticələrinə görə, 1 milyondan çox metasimvoldan ibarət “Zalgo” mətninin tətbiqi brauzerin işində bir neçə dəqiqəlik nasazlıq yaradıb. Bundan sonra Bindi “Zalgo” mətnini “Gmail” üzərindən göndərib və brauzerin işində növbəti nasazlıq olacağını gözləyib, ancaq mütəxəssis bu dəfə “Gmail” xidmətinə müdaxilə etməyə müvəffəq olub.

Məktub təyinat nöqtəsinə çatsa da, amma xidmət mesajı aça bilməyib və bir neçə dəqiqədən sonra “Error 500” (qeyri-müəyyən səbəblər üzündən daxili serverin səhvi) mesajını göstərib.

Mütəxəssis sözügedən boşluq haqda “Google” şirkətinə xəbərdarlıq edib. Hazırda bu problem  aradan qaldırılıb.

Emil Hüseynov




Baxış sayı: 386

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024