12px13px15px17px
Tarix:12/01/18

Süni intellektlə təchiz edilmiş yeni robot nümayiş etdirilib

Tayvan Sənaye Texnologiyaları Tədqiqat İnstitutunun (ITRI) mühəndisləri tərəfindən Las-Veqasda keçirilən “CES” sərgisində təqdim edilmiş robot “Skrabl” adlı masaüstü oyunu müvəffəqiyyətlə oynayır.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, robotun yaradıcıları ITRI texnologiyalarının  süni intellekt sahəsində səviyyəsini nümayiş etdirməyə dair qərar veriblər. İnsanabənzər robot ona müxtəlif obyektləri tanımağa imkan verən maşın görmə sistemi ilə təchiz edilib. Robotun iki manipulyatoru kubiki götürərək onu oyun xanasına dəqiq yerləşdirmək qabiliyyətinə malikdir.

Bundan başqa, ITRI robotu oyun qaydalarını və daha çox xal toplamağa imkan verən qələbə strategiyalarını bilir, həmçinin geniş söz ehtiyatına malikdir. Robot bu oyunu həqiqətən yaxşı oynayır. Belə ki, sözügedən robotla bir partiya oynamış “Engadget” nəşrinin jurnalisti məğlub olub.

Emil Hüseynov






Baxış sayı: 379

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024