12px13px15px17px
Tarix:19/01/18

“WhatsApp Business” messenceri istifadəyə verilib

"WhatsApp" şirkəti kiçik biznes təşkilatlarının müştərilərlə ünsiyyətinin sadələşdirilməsi üçün nəzərdə tutulan yeni "WhatsApp Business" messencerini istifadəyə verib. Bu barədə şirkətin bloqunda deyilir.

"ICTnews" Elektron Xəbər Xidməti "Rambler" resursuna istinadən yazır ki, yeni proqramda istifadəçilər biznes profilinin yaradılması funksiyasından yararlana biləcəklər. Müştərilər profildən istifadə etməklə şirkət, elektron poçt, internet səhifəsi və ya fiziki ünvan haqqında məlumat əldə edəcəklər. Akkaunt "biznes hesabı" kimi qeyd ediləcək, telefon nömrəsi yoxlanıldıqdan sonra isə "yoxlanılmış biznes akkauntu" kimi göstəriləcək.

"WhatsApp Business" əlavəsində, həmçinin statistika təqdim olunacaq. Məsələn, akkaunt istifadəçisi müxtəlif ünsiyyət üsullarının məhsuldarlığının qiymətləndirilməsi üçün oxunan məlumatların sayı haqqında informasiya ilə tanış ola biləcək.

Bundan başqa, əlavədə bildirişləri idarə etmək, eləcə də bir neçə qrupa bölmək mümkün olacaq.
Hazırda İndoneziya, İtaliya, Meksika, İngiltərə və ABŞ-da yüklənilən "Android" əməliyyat sistemi üçün nəzərdə tutulan əlavənin yaxın həftələr ərzində başqa ölkələrdə istifadəyə veriləcəyi gözlənilir.  

Nizam Nuriyev 




Baxış sayı: 559

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024