12px13px15px17px
Tarix:08/02/18

Ötən il dünyada maye-kristal televizorların tədarükü 4,1 faiz azalıb

“TrendForce” tədqiqat şirkətinin “WitsView” analitik bölməsi 2017-ci ildə dünyada maye-kristal televizorların (LCD) tədarük həcminin 4,1 faiz azalaraq 211 milyon ədəd təşkil etməsini açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, belə aşağı göstərici 2014-cü ildən qeydə alınmayıb və bu, televizor sahəsində problemlərin mövcudluğundan xəbər verir.

Məlumata görə, 2018-ci ildə aparıcı televizor brendləri diqqəti yüksək təsvir ölçüsünü dəstəkləyən iriformatlı modellərə, o cümlədən “QLED” və “OLED” televizorlara yönəldərək onların köməyi ilə satış və gəlirləri artırmağa ümid edəcəklər.   

Ekspertlər qeyd edir ki, televizor ekranlarının ölçüsü böyüməkdə davam edir: 2017-ci ildə 65 və daha böyük düym diaqonallı modellərin payı 5,5 faiz təşkil etdiyi halda 2018-ci ildə göstəricinin 7 faizədək artacağı gözlənilir. Bu tendensiyanın davam etməsi yüksək təsvir ölçülü (4K və daha yüksək) modellərdə də müşahidə olunur: 2017-ci ildə belə televizorların bazar payı 31 faizə bərabər olub, 2018-ci ildə isə onların payının 42,8 faizə çatacağı proqnozlaşdırılır.

Bundan başqa, “8K” formatlı televizorların tətbiqinə başlanacağı gözlənilir. Hazırda belə modellər ilkin hazırlanma mərhələsindədir və cari ildə onların bazar payı 0,2-0,3 faiz təşkil edəcək. 2020-ci ildə artımın 1,5 faiz olacağı, bir il sonra “8K” texnologiyasını dəstəkləyən televizorların bazar payının 5 faizə bərabər olacağı proqnozlaşdırılır.

Bir müddət əvvəl “IHS Markit” analitik şirkəti də 2018-ci ilin ilk “8K” televizorlar ili olacağını bildirib. Mütəxəssislərin gözləntilərinə görə, bu il 7680 x 4320 piksel təsvir ölçüsünə malik ekranların diaqonal ölçüsü 60 düym və daha böyük iriformatlı televizorlar paneli bazarında payı 1 faiz olacaq, 2020-ci ilədək isə onların bazar payının 9 faizə çatacağı proqnozlaşdırılır.

Nizam Nuriyev




Baxış sayı: 338

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024