12px13px15px17px
Tarix:09/02/18

Hərbçilər üçün ekzoskelet yaradılıb

Çinin “Norinco” Dövlət Korporasiyası istifadəçiyə xüsusi səy göstərmədən 45 kiloqramadək yükləri daşımağa imkan verəcək yeni nəsil ekzoskeletin prototipi üzərində işi başa çatdırıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, 3 il əvvəl yaradılan əvvəlki versiyada hidravlika və akkumulyatorlarla bağlı problemlər olub. Yeni prototipdə çatışmazlıqlar aradan qaldırılıb, eləcə də onun konstruksiyası istifadəçilər üçün yüngülləşdirilib və rahatlaşdırılıb. Tamamlanmış hidravlik və pnevmatik ötürücülər, eləcə də ekzoskeletin yüngül karkası ondan istənilən yerdə rahat istifadəyə imkan verir. Bununla yanaşı, onu geyinmiş insan yüklərin nəqli üçün 5 dəfə az güc sərf edəcək.

Bildirilir ki, konstruksiya çəkisinin azaldılması batareyadan daha səmərəli istifadəyə imkan verib. Hazırda ekzoskelet daha çox və yaxşı işləsə də, texnologiyanın hərbçilərin sifarişi ilə hazırlanması səbəbindən onun barəsində dəqiq məlumatlar verilmir. Lakin məlumdur ki, yeni ekzoskelet saatda 4 km sürətlə 10 km məsafəni qət etməyə imkan verən əvvəlki versiyadan daha yaxşıdır.  

Məlumata görə, ekzoskeletlərdən, həmçinin dinc məqsədlər naminə tətbiq edərək onları fiziki imkanları məhdud insanlar üçün köməyə uyğunlaşdırmaq və ya anbar və ya quraşdırma sexlərini onlarla təchiz etməklə yükdaşıyanlar və montajçılar üçün daha rahat iş şəraiti təmin etmək olar.

Nizam Nuriyev




Baxış sayı: 46

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Fevral 2018

20 02 2018

20/02/18
Bahalı televizorlar bazarında mövqeyi möhkəmlənən hansı şirkətdir?

Yüksək sinfə aid “OLED” televizorlarına artan tələbat 

20/02/18
BMT-nin Baş katibi kibermüharibələrlə qlobal mübarizə aparmaq üçün platforma yaratmağı təklif edib

Artıq bu gün dünyada dövlətlər arasında kibermüharibə elementləri müşahidə edilir.

20/02/18
Ötən il rekord sayda boşluq qeydə alınıb

2017-ci ildə rekord sayda boşluq aşkarlanıb. Ötən il ərzində ümumilikdə təhlükəsizlik üzrə ekspertlər 

20/02/18
Hava vasitəsilə enerji toplayan batareya yaradılıb

Massaçusets Texnologiya İnstitutunda çalışan alimlərin ixtirası akkumulyator və kənar enerji mənbələrindən 

20/02/18
Gələcək “iPhone” smartfonları ətraf mühiti skan edəcək

“Apple” şirkəti 2019-cu ildə “iPhone” smartfonlarının kamera imkanlarını genişləndirmək niyyətindədir. 

20/02/18
“Android” mobil əməliyyat sistemində ən çox resurs işlədən proqramlar bəlli olub

“Avast” antivirusunun yaradıcıları “Android” mobil əməliyyat sistemində ən çox resurs işlədən mobil proqramlar 

20/02/18
Yeni “Samsung” dronu gözlə idarə ediləcək

“Samsung” şirkəti yeni pilotsuz uçan aparatı qeydiyyatdan keçirib. Qurğunun çertyoju və funksionallığının 

20/02/18
“Windows” sistemində təhlükəli boşluq aşkar edilib

“Google”un proqramçıları “Project Zero” layihəsi çərçivəsində “Microsoft Edge” brauzerində bo