12px13px15px17px
Tarix:09/02/18

“Qualcomm” şirkəti “5G” sahəsində smartfon istehsalçıları ilə əməkdaşlıq edəcək

Dünyanın ən böyük mobil modem sxem istehsalçılarından biri olan “Qualcomm” şirkəti bu sahədə daha bir uğura imza atıb. Belə ki, şirkət iri smartfon istehsalçıları ilə əməkdaşlığa başlayır. Əməkdaşlıq çərçivəsində onlar “Qualcomm” şirkətinin “5G” modemləri ilə təchiz edilən qurğular buraxmağa hazırlaşırlar.  

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, şirkətin məlumatına görə, söhbət “Snapdragon X50 5G NR” çip ailəsindən gedir. “5G NR” (NR - New Radio, “yeni radiorabitə”) hazırda “3GPP” konsorsiumu tərəfindən standartlaşdırılan beşinci nəsil mobil rabitə şəbəkələrinin (5G) “bütöv” spesifikasiyasıdır.

“Qualcomm” şirkətinin məlumatında 18 iri smartfon və digər telekommunikasiya avadanlığı istehsalçısı sadalanır. Onlar arasında “HMD” (Nokia smartfonlarının buraxılışı ilə məşğuldur), “Sony”, “Xiaomi”, “Oppo”, “Vivo”, “HTC”, “LG”, “Asus”, “ZTE”, “Sharp”, “Fujitsu” və s. şirkətlər yer alıb. Eyni zamanda siyahıda dünya smartfonlar bazarının 3 liderinə – “Samsung”, “Apple” və “Huawei” şirkətinə rast gəlinmir.

“Huawei” qurğularında “Qualcomm” çiplərindən istifadə olunmasa da, “Apple” və “Samsung” smartfonlarında tətbiq edilir. Lakin şayiələrə görə, “Apple” onlardan imtina edərək analoji “Intel” modem çiplərinə keçmək niyyətindədir. “Samsung” istehsalçısı da “Qualcomm” məhsullarını öz texnologiyaları ilə əvəzləyə bilər.

“Qualcomm”, həmçinin bəyan edib ki, “X50 5G NR” modemlərindən beşinci nəsil mobil rabitə şəbəkələrinin sınaqları zamanı əksər iri rabitə operatorları, o cümlədən “AT&T”, “British Telecom”, “China Mobile”, “Deutsche Telekom”, “Orange”, “SK Telecom”, “Sprint”, “Telstra”, “Verizon” və “Vodafone” istifadə edəcək.  

Nizam Nuriyev 




Baxış sayı: 28

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Oktyabr 2018

20 10 2018

20/10/18
“Samsung” 7 nm-lik texnoloji proses üzrə prosessor istehsal edəcək

“Samsung” şirkətinin rəsmisi bildirib ki, 7 nm-lik “7LPP” texnologiyası üzrə hazırlanmış

20/10/18
“Huawei” şirkəti “5G” şəbəkəsini dəstəkləyən qatlanan smartfonlar təqdim edəcək

“Huawei” şirkəti “5G” şəbəkəsini dəstəkləyən qatlanan smartfonlar üzərində işləyir. 

20/10/18
Kriptovalyuta əldə etmək üçün “iPhone”a virus hücumlarının sayı 400% yüksəlib

İnformasiya təhlükəsizliyinin təmini üçün həllərin istehsalçısı olan “Check Point” kibertəhdidlərə həsr edilm