12px13px15px17px
Tarix:10/02/18

"Şəbəkə" xidmət mərkəzlərinin istifadəyə verilməsindən 1 il ötür

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşəbbüsü ilə yaradılan "Şəbəkə" xidmət mərkəzlərinin istifadəyə verilməsindən 1 il ötür.

Hazırda respublika üzrə 6 "Şəbəkə" xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakıda, digər 2-si Cəlilabad və Zaqatala şəhərlərində yerləşir. Yaxın günlərdə paytaxtın Yasamal rayonunda daha 1, Sumqayıt şəhərində  isə ilk "Şəbəkə" xidmət mərkəzi açılacaq.  "Şəbəkə" xidmət mərkəzlərinin Bakının bütün rayonlarını əhatə etməsi üçün tədbirlər görülür. Növbəti mərhələdə "Şəbəkə" mərkəzlərinin respublikanın digər ərazilərində də yaradılması istiqamətində işlər davam etdiriləcək.

İlk "Şəbəkə" 2017-ci il fevral ayının 10-da  istifadəyə verilib. Yaradılan müasir xidmət mərkəzlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkanda cəmləşib. "Şəbəkə" mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya  və poçt xidmətlərindən başqa, bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri də göstərilir.
 
Eyni zamanda, "Şəbəkə" mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, elektron imza, zərf, marka və açıqcaların satışı, pulköçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir.

Mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər. "EGovPay" – ödəniş sistemi vasitəsi ilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə ödəniş etmək mümkündür.
 
Vətəndaşlara fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda şənbə və bazar günləri xidmət göstərilir. "Şəbəkə"yə məxsus 123 çağrı  mərkəzi isə  həftə içi 8:00-dan 20:00-dək, şənbə günü 9:00-dan 19:00-dək, bazar  günü  isə 9:00-dan 18:00-dək  daxil olan bütün sorğuları qəbul edir.

"Şəbəkə" mərkəzlərinin yaradılmasında əsas məqsəd yüksək standartlara uyğun xidmət göstərilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması, şəffaflığın təmin edilməsi və  bürokratiya hallarının aradan qaldırılmasıdır.
 






 




Baxış sayı: 84

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Avqust 2018

16 08 2018

16/08/18
2018-ci ildə informasiya təhlükəsizliyi sahəsində xərclər 110 milyard dolları ötəcək

“Gartner” analitik şirkəti yaxın illərdə informasiya təhlükəsizliyinin təmini üçün qlobal məhsul və xidmətlər bazarı

16/08/18
Avstriyada elektrik avtomobillərinin modelini müəyyənləşdirərək onu enerji ilə dolduran robot hazırlanıb

Avstriyanın Qrats Universitetinin tədqiqatçılardan ibarət komandası “BMW”, “MAGNA Steyr Engineering”, “KEVA&r

16/08/18
Yerli startapçıların Amerikadakı akselerasiya proqramlarında iştirakına dair müzakirələr aparılıb

Amerika-Azərbaycan Ticarət Palatasının (AMCham) yeni təyin olunmuş icraçı direktoru Natiq Baxışov 

16/08/18
“Android 9.0 Pie” sistemində telefon zənglərini qeydə almaq mümkün olmayacaq

“Google” şirkəti ötən həftə “Android P” mobil əməliyyat sisteminin yekun versiyasını təqdim edib

16/08/18
Alimlər çoxqatlı elastik elektronika hazırlayıblar

Mühəndislər yumşaq və elastik "üçölçülü uzadıla bilən elektronikanın" yaradılması texnologiyasını işl