12px13px15px17px
Tarix:13/02/18

Qlobal noutbuk bazarının həcmi 2% yüksəlib

“TrendForce” analitik şirkətinin məlumatına görə, qlobal noutbuk bazarının həcmi 2%-dən çox yüksəlib və “Apple” avadanlığın tədarük həcminə görə “ASUS” şirkətini geridə qoyub.

2017-ci ildə istehsalçılar ümumilikdə 164,7 milyon yığcam kompüter istehsal ediblər. Bu, əvvəlki göstəricidən (161,2 milyon) çoxdur. Ekspertlər 0,7%-lik artım gözləyirdilər.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “HP Inc.” ən böyük noutbuk istehsalçısı adını qoruyub saxlayır. Bundan başqa, ABŞ şirkəti ikinci yarımillikdə qeydə alınmış rekord tədarük həcmi sayəsində mövqeyini möhkəmləndirib. 2017-ci ildə “HP” brendi adı altında 40 milyondan çox noutbuk tədarük edilib ki, bu da ötən illə müqayisədə 10,5% daha çoxdur. Beləliklə, sözügedən şirkətin bazar payı artaraq 24,3%-ə yaxınlaşıb.

“Lenovo” ikinci yeri tutur, amma Çin şirkətinin Asiya və Avropada satış həcminin güclü olmasına baxmayaraq yığcam FK-nin tədarük həcmi təxminən 5% azalıb. Qlobal noutbuk bazarında “Lenovo” şirkətinin bazar payı 21,7%-dən 20,2%-dək azalıb.

2017-ci ilin nəticəsinə görə, 15,2% bazar göstəricisinə malik “Dell” şirkəti üçüncü yeri tutub. Şirkət Şimali Amerikanın dövlət orqanlarından edilmiş böyük sifarişlər və xrombukların tədarük həcminin artması sayəsində noutbuk istehsalını 0,5% artırıb.

Emil Hüseynov




Baxış sayı: 176

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 May 2018

19 05 2018

19/05/18
47-ci epistolyar inşa müsabiqəsinin qalibləri mükafatlandırıldı

Ümumdünya Poçt İttifaqı (ÜPİ) 47 ildir ki, təşkilata üzv ölkələrin poçt adminstrasiyaları ilə birgə üm&

19/05/18
Stiv Voznyak: “Texnologiyalara görə biz məxfiliyimizi itirmişik”

“Apple” şirkətinin həmtəsisçisi, ixtiraçı Stiv Voznyak texnoloji irəliləyişin misilsiz 

19/05/18
Proqramlaşdırma üçün ən yaxşı noutbuklar açıqlanıb

Ekspertlər proqram tərtibatçısının keyfiyyətli noutbuku üçün tələb olunan texniki xüsusiyyətləri 

19/05/18
“Samsung Galaxy Note 9” smartfonu iyulda təqdim oluna bilər

“Samsung” şirkəti qabaqcıl “Galaxy Note 9” smartfonunu iyulun sonunda təqdim edəcək. Bu barədə 

19/05/18
“Microsoft Office” paketi vasitəsilə haker hücumlarında artım müşahidə olunur

“Kasperski laboratoriyası” antivirus şirkəti “Microsoft Office” proqram təminatında boşluqlar vasitəsilə