12px13px15px17px
Tarix:13/02/18

ABŞ-da xüsusi mayedə həll ola bilən elektron dəri yaradılıb

Kolorado Universitetinin mühəndisləri tərəfindən hazırlanmış elastik elektron dəri zədələnərkən bərpa olmaq qabiliyyətinə malikdir, həmçinin sonrakı emal üçün xüsusi mayedə tamamilə həll edilə bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, nazik material formasında hazırlanmış elektron dəri insan dərisinin funksiya və mexaniki xüsusiyyətlərini imitasiya edə bilər. Məsələn, onu insanabənzər robotların dərisi kimi istifadə etmək olar.

ABŞ alimlərinin yeni həllinin əsasını təzyiq, temperatur, rütubət və havanın sərfini ölçən altlıq və datçiklərin yaradılmasında istifadə edilmiş polimin adlı material təşkil edir. Bundan başqa, bu datçiklərdə, həmçinin gümüş nanozərrəcikləri mövcuddur ki, bu da elektrik ötürücülüyü və əlavə mexaniki möhkəmliyi təmin edir.

Sensor zədələndikdən sonra dərini bərpa etmək üçün qırılma yerinə polimin materialı çəkmək və bir az gözləmək kifayətdir: otaq temperaturunda "yara" təxminən 30 dəqiqə sonra sağalacaq. Əgər dəri çox ciddi zədələnibsə, onda onu xüsusi mayedə həll edərək sonra məhluldan yeni nümunə düzəltmək olar.

Emil Hüseynov




Baxış sayı: 36

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Oktyabr 2018

20 10 2018

20/10/18
“Samsung” 7 nm-lik texnoloji proses üzrə prosessor istehsal edəcək

“Samsung” şirkətinin rəsmisi bildirib ki, 7 nm-lik “7LPP” texnologiyası üzrə hazırlanmış

20/10/18
“Huawei” şirkəti “5G” şəbəkəsini dəstəkləyən qatlanan smartfonlar təqdim edəcək

“Huawei” şirkəti “5G” şəbəkəsini dəstəkləyən qatlanan smartfonlar üzərində işləyir. 

20/10/18
Kriptovalyuta əldə etmək üçün “iPhone”a virus hücumlarının sayı 400% yüksəlib

İnformasiya təhlükəsizliyinin təmini üçün həllərin istehsalçısı olan “Check Point” kibertəhdidlərə həsr edilm