12px13px15px17px
Tarix:14/02/18

Məhkəmə-tibbi ekspertizaları ölüm vaxtını genlərə görə müəyyənləşdirəcək

Portuqaliyanın Portu Universitetinin genetiki Pedro Fereyranın rəhbərlik etdiyi qrup ölümdən 24 saat sonra hüceyrələr üzrə yayılan genlərin aktivliyinin dəyişikliklərini tədqiq edib. Əslində, hətta beyində elektrik aktivliyi tam dayanandan sonra bədən toxumaları dərhal məhv olmur. Balıqlar üzərində aparılan eksperimentlərdən məlum olub ki, bəzi genlər ölümdən sonra bir neçə gün ərzində aktivliyini qoruyur.

"ICTnews" Elektron Xəbər Xidməti "Naked Science" resursuna istinadən yazır ki, mütəxəssislər tərəfindən dezoksiribonuklein turşusunun (DNT) aktiv genləri əsasında sintez edilən və zülalların sintezi üçün matrisa rolunu oynayan ribonuklein turşusu (RNT) molekullarının analizi aparılıb. Bəzi hüceyrələrdə bu proseslər orqanizm öləndən sonra uzun müddət – biokimyəvi reaksiyalar üçün bütün mümkün enerji və ya substrat ehtiyatları tükənənədək davam edə bilər.

Məlumata görə, bu aktivliyi alimlər ölümdən 29 saat sonrayadək 500 donordan alınan 36 müxtəlif hüceyrə nümunəsi üzərində tədqiq ediblər. Məlum olub ki "post mortem" genlərinin fəaliyyəti fərqlənir, lakin kompüter analizi öyrənilməsi ölüm vaxtını dəqiqliklə müəyyənləşdirməyə imkan verəcək 4 toxuma tipini (dərialtı piy, ağciyər hüceyrələri, qalxanvarı vəzi və günəş işığına açıq dəri sahələri) seçməyə imkan verib.

P.Fereyra və onun həmkarları tərəfindən ekspertiza üçün istifadə edərək 4 toxumanın tədqiqini aparmaqla ölüm vaxtını nəzəri baxımdan 9 dəqiqəyə dəqiqliklə müəyyənləşdirməyə imkan verən alqoritm hazırlanıb.

Nizam Nuriyev 




Baxış sayı: 14

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Avqust 2018

15 08 2018

15/08/18
“Samsung” dünyada 6 Qbit/s sürətə malik ilk 5G modem təqdim edib

Telekommunikasiya avadanlığı və istehlak elektronikası istehsalçıları 5G standartının bazara çıxarılmasına hazırlaşırlar

15/08/18
Robotların elektron dərisi toxunuşlara daha həssas olacaq

Alimlər tərəfindən hazırlanmış süni dəri insan dərisi ilə müqayisədə toxunuşlara daha həssasdır

15/08/18
Yeni “iPhone” modellərinin qiyməti proqnozlaşdırılıb

Ekspertlər cari ilin sentyabrında təqdimatı planlaşdırılan 3 yeni “iPhone” modelinin qiymətini proqnozlaşdırıblar

15/08/18
Ən keyfiyyətli displeyə malik smartfon bəlli olub

“DisplayMate” analitik firması ən keyfiyyətli displeyə malik smartfonun adını açıqlayıb

15/08/18
Autizmdən əziyyət çəkən uşaqlara kömək edən robot təqdim edilib

Lüksemburq universitetinin alimləri tərəfindən yaradılmış “LuxAI”  startapı “QTrobot” adlı robot təqdim edib