12px13px15px17px
Tarix:14/02/18

“Microsoft” blokçeyn əsasında eyniləşdirmə sistemini yaradacaq

“Microsoft” korporasiyası yaxın gələcəkdə desentralizasiya (mərkəzləşdirilməmiş) olunmuş identifikatorların yaradılması üçün blokçeyn texnologiyasından istifadə etməyi planlaşdırır. “Microsoft”un mütəxəssisləri öz həllərini insanların fərdi məlumatlarının idarə olunması sahəsində tətbiq etmək fikrindədirlər.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, ənənəvi eyniləşdirmə formalarının yenisi ilə dəyişdirilməsinə ehtiyac var. Buna görə istehsalçılar əmindirlər ki, hər hansı təşkilatın nəzarətində olmayan desentralizasiya olunmuş sistem uyğun gəlir. Desentralizasiya olunmuş ID istifadəçiyə öz eynilik və nüfuzu üzərində tam nəzarət verəcək, “Microsoft” tərəfindən blokçeyn əsasında yaradılmış mexanizmlər isə onları müvafiq şəkildə qorumağa imkan verəcək, çünki bu texnologiya məxfiliyi təmin etməyə və sahibinin icazəsi olmadan məlumatlara girişi məhdudlaşdırmaq qabiliyyətinə malikdir.

Emil Hüseynov




Baxış sayı: 427

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024