12px13px15px17px
Tarix:20/02/18

Gələcək “iPhone” smartfonları ətraf mühiti skan edəcək

"Apple" şirkəti 2019-cu ildə "iPhone" smartfonlarının kamera imkanlarını genişləndirmək niyyətindədir. Belə ki, gələcək "Apple" smartfonlarının ətraf mühitin üçölçülü skan edilməsi funksiyası ilə təchiz edilməsi planlaşdırılır.
 
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, texnologiya mahiyyət etibarilə "iPhone X" modelinin ön "TrueDepth" kamerasının oxşarı olacaq.
 
Məlumata görə, ətraf dünyanın skan edilməsi "Apple" şirkətinin əlavə reallıq sahəsində inkişaf konsepsiyasının davamıdır. "iOS 11" əməliyyat sistemi yeniləməsi ilə şirkətin smartfon və planşetləri virtual kontenti qurğu kamerası vasitəsilə real dünyanın üzərindən göstərə bilən "ARKit" və "AR" əlavələri ilə dəstəklənməyə başlayıb.

Yeni texnologiya isə "iPhone" smartfonunun əsas kamerası vasitəsilə, məsələn, "iPhone X" modelinin ön kamerasında olduğu kimi canlı "smaylik"lərdən (Animoji) istifadəyə imkan verəcək.   

Nizam Nuriyev





Baxış sayı: 327

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024