12px13px15px17px
Tarix:24/02/18

Britaniyanın avtomobil markası smartfon təqdim edib

Britaniyanın “Jaguar Land Rover” avtomobil markası “Bullitt Group” ilə birgə hazırlanmış “Android” mobil sisteminin idarəetməsi altında işləyən “Explore” adlı sukeçirməz smartfonu rəsmən təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, yeni qurğunun özəlliyi sensoru əlcək və yaş barmaqların toxunuşuna reaksiya verən displeydir. Hələ ki nə “iPhone”, nə də “Samsung” smartfonunda belə xüsusiyyət mövcud deyil. Tutumlu akkumulyator smartfona şarjsız 2 günədək fasiləsiz işləməyə imkan verir, həm də “Adventure Pack” adlı əlavə paketin köməyi ilə iş müddətini 2 dəfə artırmaq olar.
 
“Explore” smartfonu, həmçinin zərbəyə davamlıdır. Hətta 1,8 metr hündürlükdən yerə düşməyə, ekstremal temperatura, yüksək rütubət və  titrəyişə dayanıqlıdır. Qurğunun qiyməti 600 avro təşkil edir.
 
Emil Hüseynov





Baxış sayı: 353

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024