12px13px15px17px
Tarix:24/02/18

“Viber” messencerində yeni funksiyalar təqdim edilib

“Viber” messencerində istifadəçilərə 3 yeni funksiya təqdim edilib. Sözügedən xidmətin proqramçıları qrup çatlarında xatırlatma, yenilənmiş səsli mesajlar sistemi, həmçinin çatın ehtiyat surətinin yaradılması imkanını əlavə ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti belta.by saytına istinadən yazır ki, “Viber” istifadəçiləri artıq qrup çatlarında konkret istifadəçilərə müraciət edə biləcəklər. Bunun üçün "@" simvolu yazmaq lazımdır, adını qeyd etdiyiniz insan isə ona edilmiş şəxsi müraciət haqda xəbərdarlıq alacaq.

Yeniləmədən sonra səsli mesajların müddəti 1 dəqiqə təşkil edir. Həmçinin məlumat itkisi zamanı onların əlavə surətlərinin yaradılması imkanı istifadəçilərin ixtiyarına verilib.

Emil Hüseynov





Baxış sayı: 377

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024