12px13px15px17px
Tarix:06/03/18

“Katim” smartfonu istifadəçini izləmədən qoruyacaq

“DarkMatter” şirkətinin mütəxəssisləri vacib danışıqlar zamanı mikrofon və kameraya enerjinin ötürülməsini söndürən, eləcə də zəngləri və bildirişləri şifrləyən smartfon yaradıblar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, smartfonda “Mühafizə” rejimi korpusa quraşdırılan xüsusi düymə vasitəsilə işə salınır. Şirkət rəhbəri Fisal əl-Bannay bildirib ki, heç bir xüsusi xidmət orqanı smartfona çıxış əldə edərək kamera və ya mikrofonu məsafədən işə sala bilməz, çünki düymə fiziki baxımdan onların enerji ilə təchizatını dayandırır.
 
Məlumata görə, smartfon “Android” sisteminə əsaslanan “KatimOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Mühafizəli barmaq izi skanerinə malik qurğu ayrıca mühafizəli saxlanc açarı sayəsində məlumatların təhlükəsiz saxlanmasını təmin edir. Açarları idarəetmə sistemi də müdaxilələrdən qorunur. “Katim” smartfonunda səs yazılarını qeydə alan qurğuların işini, eləcə də “USB” ilə ötürülən məlumatlara nəzarətin qarşısını alan “Shield Mode” və “Locked Mode” rejimləri quraşdırılıb.  
 
Smartfon hazırda yeganə nüsxədə hazırlanıb və tərtibatçılar qurğunun inkişafı ilə bağlı gələcək planlar barədə məlumat verməkdən imtina edirlər. Digər informasiyalar kimi, qurğunun qiyməti də məlum deyil.
 
Nizam Nuriyev





Baxış sayı: 11

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 İyun 2018

23 06 2018

23/06/18
İlk ümumdünya “5G” standartı təsdiq edilib

Mobil sənaye və “3GPP” konsorsiumu avtonom “5G” spesifikasiyasını rəsmən təsdiq ediblər.

23/06/18
“YouTube”da populyar kanallar ödənişli olacaq

“Google” şirkətinə məxsus “YouTube” videohostinqi tamaşaçılarının sayı 100 mindən çox populyar 

23/06/18
“Google Chrome” brauzeri internetə qoşulmadan işləyəcək

“Google Chrome” brauzeri “ağıllı” oflayn rejimlə təchiz edilib. Yenilənmə proqrama smartfona 

23/06/18
Təyyarənin bortunda “Wi-Fi” sürətli olacaq

Alimlər uçuşlar zamanı yüksək keyfiyyətli rabitə üçün “Wi-Fi” hazırlayırlar. Karlsruye Texnologiya İnstitutun

23/06/18
ABŞ Yer kürəsinin asteroidlərdən qorunması üçün səyləri artırır

ABŞ hökuməti Yer kürəsində regionları və ya qitələri məhv edə biləcək asteroidlərdən qorunmaq